ABŞ və YPG-dən ortaq əməliyyat: Çox sayda ölü var

Baxış sayı:
9637

ABŞ liderliyindəki koalisiya gücləri və SDG adını istifadə edən terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor rayonunda 13 mülki insanın ölümünə səbəb olub.
 
Deyrizordakı yerli qaynaqlardan alınan məlumata görə, ABŞ liderliyindəki koalisiya gücləri və SDG adını istifadə edən terrorçu YPG/PKK-lı müttəfiqləri gecə saatlarında bir İŞİD terrorçusunu tutmaq üçün havadan desant endirmə əməliyyatı təşkil edib.
ABŞ-a aid vertolyotlarda Tikhi qəsəbəsinə enən YPG/PKK-lılar, İŞİD-çının olduğu və ətrafındakı evlərə atəş açıb. Terrorçu ilə yanaşı qəsəbədəki 13 mülki insan da öldürülüb.
ABŞ-dan hələ hadisə ilə bağlı bir açıqlama edilməyib.
ABŞ dəstəkli YPG/PKK İraq sərhədindəki Deyrizor rayonunun şərqini 2018-in dekabrında İŞİD-çiları çıxararaq ələ keçirmişdi.
Suriya İnsan Haqları Şəbəkəsi 20 martda ABŞ liderliyindəki koalisiyanın  2014-ün sentyabrında Suriyaya müdaxiləsindən bu yana 924-ü uşaq, 656-sı qadın olmaqla, 3035 mülki insanı öldürdüyünü bəyan etmişdi.
Müxalifət.az