ABŞ-ın Venesuelaya gətirmək istədiyi demokratiya: 7 milyardına əl qoydu

Baxış sayı:
18874

ABŞ-ın bir çox sahədə Venesuelaya tətbiq etdiyi sanksiya səbəbiylə ölkə iqtisadi çətinlik içərisindədir. ABŞ Venesuelanın məşhur neft şirkətinin də 7 milyard dollarına əl qoyaraq böhranı dərinləşdirib.
 
ABŞ ilə Venezuela arasındakı böhran gün keçdikcə dərinləşir.
ABŞ Venesuelada dövlət başçısı Maduronu vəzifədən endirmək və ölkənin neft qaynaqlarını ələ keçərmək üçün hər yola müraciət edir. Ancaq heç cür müvəffəqiyyətli ola bilmir.
İndi isə ABŞ Venesuelanın məşhur neft şirkəti PDVSA-nın 7 milyard dollarına əl qoyub. Bu rəqəm isə Venesuela üçün böyük bir itkidir.
 
"İŞĞAL ETMƏK İSTƏYİRƏM"
 
ABŞ prezidenti Donald Tramp isə dünən jurnalistlərin suallarını cavablayıb.  Tramp "İşğal etmək istəyirəm, əgər məcbur olsam iqtisadi olaraq" deyib. Görünən odur ki, Tramp Venesuelanı devirmək üçün iqtisadi çətinliklər çıxararaq ölkəni çıxmaza sürükləmək istəyir.
Müxalifət.az