ABŞ-Vəhşi Qərb Liviyanı əlaltısı Haftara vermək üçün "YENİ İŞİD" ocağı yaradır; bəs sən orada nə axtarırsan, PUTİN?

Əlbəttə, cənab Putin, biraz daha nəzakətli ola bilərəm və soruşa bilərəm: "Nə kimi cəfəngiyyatı sübut etməyə çalışırsınız?" Lakin ABŞ-ın kuklası Xalifa Haftarın yaxınlaşan hücumuna hazırlaşan beynəlxalq birliyin tanıdığı Liviya hökumətinin razılığını eşidərkən, nəzakətini saxlamaq çətindir. Deyin görək Liviyada nə işlər qarışdırırsınız cənab Putin? Uzun illər özünüzü müşahidəçi kimi apardınız, Liviyaya “maliyyə kapitalizminin” nə etdiyini yaxından izlədiniz. Elə davrandınız sanki, Rusiya Odessa yaxınlığındakı bağ evində təqaüdə çıxan qərəzsiz bir müşahidəçidir. Hətta Burkina Fasodakı Bobo Dioulasso Politexnik Universitetinin aşağı kurs tələbələri də Liviyadakı hadisələrə daha çox maraq göstərdilər. Sizin “Böyük ölkəniz” Liviyanın dinc vətəndaşlarını qorumaq üçün BMT Təhlükəsizlik Şurasının 1973-cü il tarixli qətnaməsinə səs verməyə qərar verə bilmir. Özünü lider elan edən Xəlifə Haftar rus muzdlularının köməyi olmadan Liviyadakı ikinci vətəndaş müharibəsində bir həftə belə tab gətirə bilməyəcək. Ananız-Rusiyaya təşəkkür edin. Haftar Müəmmər Qəddafinin Çadla apardığı və məğlub olduğu müharibədə onun əlaltısı idi. Haftar, Liviyadakı ilk vətəndaş müharibəsində Qəddafi devrildiyi zaman yüksək vəzifədə idi. Bu müharibələr arasındakı zaman fasiləsində Haftar ABŞ-da əsir idi və oradan Amerika vətəndaşı kimi qayıtdı. O, Dernanın ələ keçirilməsi zamanı hərbi əsirlərin ölümünə əmr verdiyi üçün hərbi cinayətində ittiham olunurdu, lakin Rusiyanın dəstəyi sayəsində 2014-cü ildə birtərəfli qaydada Baş Milli Konqresi - seçilmiş Liviya parlamentini buraxdı. O vaxtdan bəri Haftar, ölkənin Benqazi ətrafındakı yarısını idarə edir. Milli Saziş hökuməti ilə Haftar qüvvələri arasındakı müharibə dalana dirəndi və son vaxtlara qədər vəziyyət dəyişməz qaldı. Son bir neçə həftə ərzində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan qruplar tərəfindən idarə olunan ən müasir dronlar, habelə "Vaqner qrupu" adlanan yüzlərlə rus muzdlusu güc balansını dəyişdirdi. ABŞ Dövlət Departamenti Liviyada baş verənləri "qınamaqla" məşğuldur. Ancaq bütün dünya BƏƏ və Səudiyyə Ərəbistanının «oyuncaq” şahzadələrinin bir barmağını da tərpətməyəcəyini - İsrailin verdiyi PUA-ları Liviyadakı müharibəyə göndərilməsi haqda ağzını da açmayacağını çox yaxşı bilir. Rusiya isə onların tərəfindədir. Doğrudanmı?? ABŞ və onun tərəfdaşlarının Haftara niyə kömək etdiyini bilirik: Milli Saziş Hökuməti və Liviya xalqının əksəriyyəti özünü müsəlman kimi aparır. Məsələn, onlar BMT-nin dördüncü komitəsinin BMT-nin Fələstinli Qaçqınlara kömək və işlərin təşkilinin 2023-cü ilə qədər uzadılması barədə qərarını dəstəklədilər. İsrail və ABŞ bu qətnamənin əleyhinə səs verən yeganə ölkə oldu - 169 ölkə onu dəstəklədi, 9 ölkə isə bitərəf qaldı. Milli Saziş Hökümətinin bir nümayəndəsi, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsini tənqid edərək Türkiyəyə qatıldı. Nəhayət, Milli Saziş Hökuməti Türkiyə ilə dəniz sərhədi haqqında müqavilə imzaladı. AB liderləri bu razılaşmanı etibarsız adlandırdılar - Yunanıstan, Kipr və Misir Aralıq dənizinin şərqində neft və qaz hasil etmək imkanından məhrum olduqlarına qəzəbləndilər. Bəlli səbəblərə görə, bu qəsbkarlar artıq başqa millətlərə məxsus neft və qazı oğurlaya bilməyəcəklərinə qəzəblənirlər. Yaxşı, bəs Rusiya? Haftar qüvvələrinin Tripoliyə hücum hazırlamaq üçün enerjisi və dözümü (həmçinin pulemyot, artilleriya silahları və zirehli texnikalar) harada qaldı? Bölgədən gələn məlumatlara görə, bu dəfə Haftar qüvvələri milli konsensus hökumətini məğlub edə bilər. ABŞ-ın Liviya vətəndaş müharibəsi ilə bağlı qeyri-müəyyən mövqeyi, ABŞ-ın fəlakətli "gözləyək, görək nə olur" siyasəti, eləcə də prezident Donald Trampın Haftarla telefon danışığı - tərəzinin sonuncunun lehinə daha ağır çəkdiyi görüntüsü yaradır. Belə təsəvvür yaranır ki, Avropa İttifaqı və ABŞ-ı yalnız Liviyadakı “YENİ İŞİD” ocağı maraqlandırır. Ancaq Suriyada olduğu kimi, bu, həqiqi niyyətlərini gizlətmək üçün – Liviyanı özlərinin etibarlı adamı olan Haftarın əlinə vermək üçün hazırlanmış maskaraddır. ABŞ, Avropa Birliyi, İsrail, Misir, Yunanıstan, BƏƏ və Səudiyyə Ərəbistanının niyə ona güvəndiyini bilirik, amma yoldaş Putin, siz niyə onu dəstəkləyirsiniz? İnosmi.ru Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az