ABŞ zabiti: Hamımız qarabağlıyıq - VİDEO
17-05-2018 14:55
Baxış sayı:
7561

Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilən Azərbaycan əsilli Nəimi Amiral Feysbuk səhifəsində maraqlı status paylaşıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, o, Qarabağın işğalda, Güney Azərbaycanın qeyri-azad olduğuna bu cür reaksiya verib:
“Bəzən məndən soruşurlar ki, sən Naxçıvanda doğulmusan, bəs niyə çox yerdə Qarabağdan olduğun yazılır? Və yaxud, “niyə Güney Azərbaycandan olduğun yazılır?” Dostlar, nə qədər ki Qarabağ işğal altındadır, hamımız qarabağlıyıq; nə qədər ki, güneyli qardaşlarımızın azadlığı yoxdur, hamımız güneyliyik”.