Aeroport yaxınlığında ATIŞMA: hava limanının fəaliyyəti dayandırıldı
9-06-2018 09:14
Baxış sayı:
2914

Braziliyanın Rio-de-Janeyro şəhərində Santos Dyumon hava limanı yaxınlığında polislərlə cinayətkarlar arasında atışma olub.
Muxalifət.az TASS-a istinadən xəbər verir ki, bu səbəbdən hava limanının işində 20 dəqiqə fasilə yaranıb. Limanın administrasiyasından bildirilib ki, fövqəladə vəziyyət reyslərin yubanmasına səbəb olmayıb. Yerli qanunvericiliyə görə, yarım saatdan az yubanma gecikmə sayılmır.