AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir

Baxış sayı:
4747

Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb.
Muxalifət.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək.
Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək.
Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul olunmasına dair səsvermə keçiriləcək.