Afrin bir həftəyə TERRORÇULARDAN TƏMİZLƏNƏCƏK

Baxış sayı:
3493

Türk əsgəri ilə birlikdə “Zeytun Budağı” Hərəkatını aparan Azad Suriya Ordusunun (ASO) baş qərargahının rəisi Adnan Əhməd, PYD/PKK-ya ağır zərbə vurulduğunu deyib. Adnan Əhməd, "Bir həftə keçməz ki, inşallah şəhəri tamamilə təmizləyəcəyik" - deyib.
 
Bunu Suriya Müvəqqəti Hökumətinin baş naziri Cavad Hattap ilə ASO baş qərargahının rəisi Adnan Əhməd, Afrinə 700 metr məsafədəki cəbhə xəttində “Star” qəzetinə bildirib. Təmas nöqtələrini təftiş edən Hattap ilə Adnan terror təşkilatının istifadə etdiyi yeni strategiyaları və əməliyyatın son mərhələsi haqda məlumat veriblər. Adnan Əhməd, terror təşkilatının ayaq üstə durmaqda çətinlik çəkdiyini bildirərək, "PYD/PKK ona görə də strategiyasını mülki əhali üzərindən yeridir. Çox böyük itkilər verən terror təşkilatı bizi dayandırmaq üçün əhalini istifadə edərkən, o biri tərəfdən də dünyaya "mülki əhali zərər görür” yalanını yayır. Vətəndaşların mallarına və pullarına əl qoyurlar, öldürməklə təhdid edirlər və mübarizə aparanları öldürürlər" deyə, söyləyib.
 
QƏDDAR TƏLƏLƏR
 

Xəritə üzərində hərəkatın gəldiyi son mərhələ haqda danışan Əhməd, bu məlumatları verib: "Hazırda Afrinin haradasa dörd tərəfini mühasirəyə almışıqk. Rayonun kəndlərinin böyük əksəriyyətini təmizlədik, digər kəndlərdə də əməliyyatlarımız davam edir. Bir həftəyə qalmaz ki, inşallah şəhəri tamamilə təmizləyəcəyik. PYD/PKK qaçdıqları yerlərdə ölüm püskürən tələlər qoyur. Bu tələlərin hədəfi təkcə biz deyilik, orada qalan və ya gələ biləcək hər bir canlı hədəfdir. Ağlagəlməz yerlərdə belə əl istehsalı bombalar aşkar edirik. Amma bütün bu səyləri boşunadır".
 
HƏR AİLƏDƏN İKİ ƏSİR ALIRLAR
 
Baş nazir Cavad Hattab da Afrinin təmizlənməsi üçün son mərhələdə olduqlarını bildirərək bunları deyib: "Türkiyənin dəstəyi ilə xeyli məsafə qət etdik. Ərəblər ilə Kürdlər burada qardaşdır. Təşkilat Afrində əhalini canlı qalxan olaraq istifadə etməyə çalışdı. Ancaq Afrin xalqı buna müqavimət göstərir və şəhərdən çıxmaq istəyir. Terrorçular isə indi şəhəri tərk etmək istəyən hər bir ailədən iki nəfəri saxlayır. Hər ailədən bir kişini silah altına alıb, cəbhəyə göndərir. Bu adamın qaçmaması üçün də bir qadını girov götürüb, digərlərinin getməsinə icazə verirlər. Çox pozğun və alçaq bir üsula əl atırlar. Buna baxmayaraq istədiklərinə nail ola bilməyəcəklər”.
Müxalifət.az