Afrində 8 şəhid verilən KƏLTƏPƏNİN ADI DƏYİŞDİRİLDİ

Afrində 8 şəhid verilən Kəltəpənin adı dəyişdirilərək Şəhidlər Təpəsi olaraq adlandırılıb.
Afrinin Bilalköy mahalında yer alan Kəltəpəsinin adı şəhidlərin xatirəsini əsas tutan "1083-Şəhidlər Təpəsi" olaraq dəyişdirilib.
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən aparılan “Zeytun Budağı” Hərəkatı çərçivəsində, Afrində pusquya salınaraq şəhid olan əsgərlər unudulmayıb.
Afrinin Bilalköyü mahalında yer alan 1082 saylı Kəltəpəsində, sıx dumanı fürsət bilən terror təşkilatı PKK/YPG terrorçuları, ABŞ-ın və digər xarici qüvvələrin köməyi ilə inşa etdikləri tunellərdən çıxaraq 8 əsgərimizi şəhid edib, 13 əsgərimizi də yaralamışdı. İntensiv toqquşmalar nəticəsində bölgə ələ keçirilmiş və terror təşkilatı mənsubları məhv edilmişdi.
Müxalifət.az