Afrində ən strateji bölgə ƏLƏ KEÇİRİLDİ

“Zeytun Budağı” Hərəkatının 57-ci günündə TSQ və ASO gücləri, artıq Afrinin son məhəllələrinin 600 metr yaxınlığına qədər yaxınlaşıb. Afrin bölgəsinin ən strateji əhəmiyyətə malik bölgəsi kimi qiymətləndirilən və bölgənin su, elektrik ehtiyacını təmin edən Meydanki Su Anbarının yerləşdiyi qəsəbə terrorist ünsürlərdən təmizlənib.
Şəhər mərkəzi ilə şimal və qərbdə yerləşən kəndlər arasında əlaqə xətti bu gün kəsilir. Beləliklə, Mabat mahalı və digər yerlərdəki YPG-li terrorçular bununla da tələyə düşəcək və heç bir yerə qaçmaq şansları olmayacaq.
ASO ünsürləri Afrin şəhər mərkəzinin girişinə çatıb, ilk foto sosial mediadan paylaşılıb.
Afrinin mühasirəyə alınmasıyla şimal və qərb cəbhələrindən irəliləyiş davam edir. Son alınan kəndlərlə birlikdə, Mabat mahalı ilə şəhər mərkəzi arasında əlaqə kəsilmək üzrədir. Gecə boyu davam edən irəliləyişdən sonra bu gün əlaqənin tam kəsilməsi gözlənilir. Beləliklə Cinderesindən Bülbülə qədər olan xətdə yer alan kəndlərdəki terrorçular tələyə qısılmış olacaq və hər hansı bir yerə qaçmaq şansları olmayacaq.
STRATEJİ BÖLGƏ ƏLƏ KEÇİRİLDİ
Afrin mərkəzinin mühasirəyə alınması əməliyyatları bütün sürətilə davam edərkən, TSQ və ASO gücləri də strateji əhəmiyyətə malik Meydanki qəsəbəsini ələ keçirib. ASO qüvvələri ilə birlikdə öncə Meydanki qəsəbəsinin üst tərəfində yerləşən Muhabbəbə kəndinə qarşı əməliyyat keçirilib. Afrindən qaçmağı bacararaq evlərinə qayıtmağa çalışan mülki əhalinin təhlükəsizliyi səbəbilə, TSQ-nin Xüsusi təyinatlıları və snayperlərinin dəstəyi ilə ASO son dərəcə həssas bir əməliyyatla kəndə daxil olub. Kənddəki terrorçu mövqeləri havadan və qurudan davamlı olaraq vurularkən, terrorçuların kənddən qaçdığı müəyyənləşdirilib.
Müxalifət.az