Afrində öldürülən Əsəd əsgərlərinin SAYI AÇIQLANDI
5-03-2018 17:16
Baxış sayı:
5569

Terror təşkilatının Afrin Kantonu üzrə Müdafiə Şurasının sədri Bəhcət Ebdo, Rus mətbuatına verdiyi açıqlamada TSQ-nin Afrinə qarşı keçirdiyi hava hərəkatında 15 gündə PYD/YPG-yə köməyə gedən 48 Əsəd əsgərinin öldürüldüyünü deyib.
Afrində qarşıdurmaların intensiv şəkildə baş verdiyini bildirən Ebdo Rus mətbuatına bu yöndə açıqlama verib:
“Döyüşlərdə Afrinə, müdafiə üçün gələn Suriya hökumət qüvvələrinə bağlı Xalq Güclərindən ölü və yaralılar var. Xalq Qüvvələrinin Afrinə gəlmələrindən bu yana, yəni 15 gün ərzində hava hücumları nəticəsində ümumilikdə 48 itkiləri olub. Türkiyənin hücumları nəticəsində indiyə qədər təkcə 48 nəfər Afrində ölüb".
Müxalifət.az