​Afrində PYD-YPG qərargahları MƏHV EDİLDİ

Baxış sayı:
9025

Türkiyə Silahlı Qüvvələri və ASO-nun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azad edilmiş bölgələrdə yerləşən PYD-YPG qərargahları məhv edilib.
Türkiyə ordusu Şeran bölgəsində yerləşən Öməranlı kəndində əməliyyat keçirib.
Əraziyə hər hansı qəfil hücum ehtimalına qarşı kəndə yaxın ərazilərdəki terrorçu mövqelərinə artilleriya zərbələri endirilib. Öməranlı kəndində PYD-YPG qərargahlarında qurulmuş tələ və partladıcıları zərərsizləşdirən türk əsgəri həmçinin terror qruplaşmasının rəmzləri və bayraqlarını da məhv edib./axar/