Afrindəki Mehmetcikdən BİRLİK, BƏRABƏRLİK MESAJI

“Zeytun Budağı” hərəkatı ilə birlikdə Suriyanın şimalında terrorla mübarizəsini ardıcıl şəkildə davam etdirən Türk əsgəri, obyektivlərə birlik, bərabərlik mesajı verən poza verib.
Amerikanın verdiyi dəstəklə Türkiyənin sərhədinə yerləşən PKK/YPG-li terrorçulara qarşı başlanılan “Zeytun Budağı” hərəkatı, 31-ci gününə girib.
ADDIM ADDIM AFRİN MƏRKƏZİNƏ
Hərəkat çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 2 minə doğru irəliləyərkən, Türk əsgərinin ruhu də olduqca yüksəkdir.
Regionda sülh və əmin-amanlıq şəraitini təmin etmək istəyən Türk ordusu, mülki əhaliyə zərər gəlməməsi üçün zaman zaman həyatını təhlükəyə atır.
MİLLİ BİRLİK POZASI
Təşkilatın işğal altında saxladığı əraziləri terrorçulardan təmizləyən Türk əsgəri, birlik, bərabərlik mesajları verməyi də yaddan çıxartmır.
Bir əliylə bozqurd, bir əli ilə Rabia işarəti edən Türk əsgəri, obyektivlərdə birlik, bərabərlik mesajı ilə düşmənlərə gözdağı verib.
Müxalifət.az