Afrindəki QORXUNC SİYAHI ələ keçirildi! - ALMANİYA, YUNANISTAN, DUBAY, LİVAN... - VİDEO

PKK/YPG terror təşkilatının “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən silah anbarı və təlim düşərgəsi kimi istifadə elədiyi binanın xarabalığından burada təlim keçən terrorçuların siyahısı çıxıb.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın şimalında PKK/YPG-nin işğalı altında saxladığı Afrinə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələri təşkilata növbəti dəfə ağır zərbə vurub. Terrorçuların silah anbarı və təlim düşərgəsi kimi istifadə elədikləri binaları uğurlu bir hava əməliyyatı ilə yerlə-yeksan edən Türkiyə qırıcıları çox sayda terroçunu da zərərsizləşdirib.
Təlim görən terrorçuların siyahısı
“TRT xəbər”in yaydığı videoda burada təlim keçən terrorçuların siyahısı da göstərilib.
Avropadan Qəndilə
Siyahıda verilən məlumatlara görə, Almaniya , Yunanıstan, Dubay və Livan kimi ölkələrdən gələn terrorçular burada təlim keçdikdən sonra təşkilatın sıralarına qatılıblar.
Hurriyyet.org