​Afrini 48 min nəfər tərk edib

Baxış sayı:
3367

Türkiyə Silahlı Qüvvələrinin mərhələli şəkildə terrorçulardan təmizlədiyi Afrini mülki əhali də tərk edir.
Muxalifet.az xəbər verir ki, son bir neçə gün ərzində 48 min nəfər şəhərdən çıxıb. Əhalinin Afrindən çıxmasını istəməyən YPG terrorçuları isə çıxış yollarını bağlayaraq hər vəchlə onlara mane olmağa çalışır.
Bildirək ki, yanvarın 20-dən bəri davam edən “Zeytun Budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu artıq Afrinin şəhər mərkəzini mühasirəyə alıb.