Afrini qorumağa and içmişdilər, ORADA GÖMÜLDÜLƏR

Baxış sayı:
3466

“Zeytun Budağı” Hərəkatı başlamazdan əvvəl kütləvi şəkil çəkdirib, sonra sosial mediada paylaşan 22  terrorçunun Afrində Türk əsgəri və ASO tərəfindən öldürüldüyü müəyyənləşdirilib.
 
“Zeytun Budağı” Hərəkatı çərçivəsində mühasirəyə alınan Afrin və ətrafının terrorçulardan təmizlənməsi davam edir. Əməliyyat başlamazdan əvvəl çəkdiyi fotonu Twitter və Facebook-da paylaşan PKK/YPG-li qadın terrorçuların 15-nin də öldürüldüyü ortaya çıxıb.
 
“AFRİNİ MÜDAFİƏ ETMƏYƏ HAZIRIQ” DEYİRDİLƏR
 
Türk əsgərinin terrorçulardan təmizlənərək Türk bayrağı qaldırdığı Azezin şimalındakı Parsa Dağında yerləşən PKK/ YPG-yə məxsus düşərgədə ələ keçirilən sənədlər təşkilatın verdiyi ağır itkiləri təsdiqləyib. “Zeytun Budağı” Hərəkatı başlamazdan əvvəl 8 yanvarda çəkdikləri şəkli, "Afrinli gənc qızlar Afrini müdafiə etməyə hazırdır" - deyə, twitter və facebookda paylaşan qadın terrorçuların hamısının əməliyyatda öldürüldüyü ortaya çıxıb. Fotolardakı qadın terrorçuların, YPG-nin qadın özəyinin komandiri tərəfindən Qamışlıda 2 ay ərzində silahlı təlim verildikdən sonra Afrinə  göndərildiyi bildirilir.
Ələ keçirilən başqa bir fotoda yer alan 7 kişi terrorçunun də Afrində öldürüldüyü də bəlli olub. Yan-yana düzülmüş, əllərində silahlarla poza verən 7 kişi terrorçunun da Deyrizor bölgəsində təşkilat düşərgələrində silahlı təlim verildikdən sonra Afrinə göndərildiyi və orada məhv edildikləri bildirilib.
Müxalifət.az