​Afət Fərmanqızına ev bağışladılar

Baxış sayı:
7534

"Mənə heç kim qadağa qoymayıb. Hazırda Rusiyadayam, bir şəhərdən başqa şəhərə məclisə gedəcəyəm. İnsanlar gün keçdikcə daha çox məni arzulayır".
Bu sözləri müğənni Afət Fərmanqızı musavat.com saytına açıqlamasında deyib. O bildirib ki, hind musiqisi üzərində oxuduğu "Pencu şeş" mahnısına telekanallarda qadağa qoyulması haqqında yayılan xəbərlər yalandır:
"Günü-gündən sevilirəm. Hər gün bir telekanaldan verilişə dəvət alıram. Nə özümə, nə də mahnıma qadağa qoyulub. Hamısı uydurma xəbərdir. Bundan sonra Nəsiminin 9 qəzəlinə ərəb musiqisi üzərində mahnı oxuyacağam. Pulumuz da, adamımız da var. Sözümüzü də deyə bilirik. Yalandan az məndən yazıb, reytinq yığsınlar".
İfaçı Surqutda ona ev bağışladıqlarını da bildirib.
Qeyd edək ki, müğənniyə "Pencu şeş" mahnısını efirdə oxumasına rəsmi qadağa qoyulduğu barədə məlumatı news24.az saytı yayıb.
İfaçı Nəsiminin "Məndə sığar iki cahan" şeirini hind musiqisi üzərində oxuduğu üçün müzakirə olunur.