Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alındı - VİDEO
26-08-2019 12:36
Baxış sayı:
8503

Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. (report)