Alman nazir CHP və İYİ PARTİYASINA TƏLİMATINI VERDİ: XORUZUN QUYRUĞU GÖRSƏNDİ

Baxış sayı:
5449

24 iyun seçkiləri ilə bağlı AK Partiyanın Avropadakı fəaliyyətini əngəlləyən AB ölkələri, seçkilərdə İYİ Partiya və CHP ittifaqından yana ortaya mövqe qoydu. Almaniyanın Avropa Məsələləri üzrə naziri Maykl Roz, Türkiyəyə gəlib, Maral Akşənərə "Cənub-Şərq bölgəsi sizə səs verəcək" sözünü verdi.
 
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, baş nazir, nazirlər və digər rəsmilərin seçki təbliğatı aparmasını qadağan edən Avropa ölkələrinin nazirləri,  etdiklərinin əksi olaraqTürkiyədə 24 iyunda keçiriləcək seçki fəaliyyəti aparır.
Görünüşdə rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Almaniyanın Avropa Məsələləri üzrə naziri Maykl Roz, iki günlük danışıqlarının böyük hissəsini Ərdoğan əleyhinə ittifaq quran siyasi mərkəzlərə ayırdı. Anti-demokratik mövqelərini qanunlarına əsaslandıran, ancaq CHP və İYİ Partiyanın seçki təbliğatı aparmasına icazə verərək ikili standarta imza atan Avropa ölkələri, eynilə 7 iyun seçkiləri ərəfəsində olduğu kimi, müxalifətlə dirsək təmasına keçib.
 
CHP VƏ İYİ PARTİYA İLƏ GÖRÜŞ
 
Keçən il 16 aprel referendumunda tərəfini müəyyən edib, "bəli" kampaniyalarını ləğv edərək "xeyr" kampaniyalarının aparılmasına icazə verən, hətta bu kampaniyaları şəxsən idarə edən Avropa ölkələri, nazirlərini Türkiyəyə göndərərək CHP və İYİ Partiya lehinə təbliğat aparmağa, ictimai rəyi istiqamətləndirməyə başlayıb. Almaniyanın Avropa Məsələləri üzrə dövlət naziri Maykl Roz rəsmi səfərlər bəhanəsi ilə gəldiyi Türkiyədə CHP və İYİ Partiya ilə görüşüb.
 
GİZLİ KILIÇDAROĞLU ZİYARƏTİ
 
İYİ Partiyanın sədri Maral Akşənər ilə bir araya gələn Alman nazirin, CHP sədri Kamal Kılıçdaroğlu ilə də mətbuata qapalı bir görüş keçirdiyi bəlli olub. İki günlük səfərləri çərçivəsində ictimaiyyətə bildirilən iki görüşdən başqa, Alman nazirin siyasi xarakterdə görüşlərinin olduğu da bildirilir.
 
CƏNUB-ŞƏRQ VURĞUSUNU DİQQƏTƏ ÇATDIRDI
 
Akşənər ilə görüşündə Roth, 24 iyun seçkilərini yaxından müşahidə etdiklərini bildirərək, "Cənub-şərqdə AK Partiya və HDP arasında qalan Kürd seçicinin sizə dəstək olacağını düşünürük” deyə, dolayısı ilə Almaniyanın Kürd seçicinin səsini sanki  İYİ Partiyaya “mükafat” olaraq təqdim edib.
Müxalifət.az