Almaniya FETÖ-üçün HƏRƏKƏTƏ KEÇDİ

Baxış sayı:
2908

Almaniya, FETÖ-dan ayrılan üst səviyyə bir rəhbər əməkdaşın təşkilatın iç üzünü ifşa etməsindən sonra ölkədə fəaliyyət göstərən FETÖ-nun işlərini yenidən araşdırmağa başlayıb.
 
Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan bir xəbərdə, “Almaniyanın birinci  televiziya kanalı “ARD”-də yayımlanan "Report Mainz" proqramı ilə aparılan birgə tədqiqatda, FETÖ-nun müasir və dünyəvi cəbhəsinin arxasında avtoritar sistemin olduğu vurğulanıb.
 
“ANTİDEMOKRATİK BİR HƏRƏKATDAN BƏHS EDİLİR”
 
FETÖ-dan ayrılan bir rəhbər əməkdaşın ilk dəfə Almaniyadakı təşkilatın daxili quruluşunu izah etdiyi xəbərdə, “Bu adam anti-demokratik bir hərəkatdən bəhs edir” deyilib.
 
GİZLİ PARALEL STRUKTUR
 
Xəbərdə, bu etirafçı olan adamın bu qurumu “Bir dini liderin mühüm qərarlar verdiyi gizli paralel struktur" kimi gördüyü qeyd edilib.
 
ALMAN HÖKUMƏTİ, FETÖ-nu "KRİTİK" OLARAQ GÖRÜR
 
“Der Spiegel” jurnalının, Alman Xarici İşlər Nazirliyinin fevral ayında bu mövzuda hazırladığı hesabat haqqında verdiyi xəbərdə, Alman hökumətinin də artıq FETÖ-nu "kritik" olaraq gördüyü bildirilib.
 
TÜRKİYƏDƏKİ ALMAN SƏFİRLİYİ ALMAN HÖKUMƏTİNƏ HESABAT GÖNDƏRİB
 
Hesabatda, "Türkiyədəki Alman səfirliyi mənbələrinin, FETÖ tərəfdarlarının on illərlə birbaşa dövlət orqanlarına, xüsusilə polisə və məhkəməyə sızdığı məsələsində həmfikir olduğu" qeyd edilib.
Müxalifət.az