Almaniya geri çəkilmədi: “ABŞ-la danışıqlar gedir” – İRAN DÜYÜNÜ
11-05-2018 17:17
Baxış sayı:
4252

Almaniya nüvə sazişi ilə əlaqədar ABŞ-la danışıqları davam etdirir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə DLF kanalının efirində Almaniya iqtisadiyyat naziri Peter Altmayer bildirib:
“Biz amerikalı həmkarlarımız və dostlarımızla çox açıq, ədalətli və aydın danışıqlar aparırıq. Bizim hədəfimiz razılaşmanın saxlanılmasıdır. Növbəti addımları Fransa, Böyük Britaniya və Avropa İttifaqı ilə razılaşdıracayıq”.
Nazirin sözlərinə görə, ABŞ-ın İrana qarşı qəbul edəcəyi sanksiyalar dünya iqtisadiyyatının inkişafına mənfi təsir göstərəcək.
Qeyd edək ki, çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İranla bağlanmış nüvə sazişindən çıxdılarını və Tehrana qarşı sanksiyalar qəbul edəcəklərini açıqlayıb.