Almaniyada partlayış: Bir nəfər itkin düşdü
16-03-2018 21:51
Baxış sayı:
3304

Almaniyanın Brandenburq federal torpağının Lyuben şəhərinin mərkəzində yerləşən silah-sursatın zərərsizləşdirilməsi zavodunda güclü partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, biri isə itkin düşüb.
Bildirilib ki, partlayış yalnız bir binaya zərər verib. Polis helikopterlə əraziyə baxış keçirir.
Ehtimal edilir ki, partlayış sursatlardan birinin zərərsizləşdirilməsi zamanı baş verib.
Məlumata görə, ərazidə növbəti partlayış təhlükəsi mövcuddur və ətrafda yerləşən uşaq bağçası evakuasiya olunub.