Almaniyada xalqa “KÜÇƏYƏ ÇIXMAYIN” ÇAĞIRIŞI: İNANILMAZ HADİSƏ
1-06-2018 15:49
Baxış sayı:
6421

Almaniyada hər kəs zooparkdan qaçan heyvanlar haqda danışır. İki aslan, iki pələng, bir yaquar üçün həyəcan siqnalı verilib, polis bir ayını vuraraq öldürüb.
Almaniyanın Lünebaç qəsəbəsində yerləşən zooparkdakı iki aslan, iki pələng və bir yaquarın qaçdığı bildirilib.
Alman polisi qəsəbə sakinlərinə evlərindən çıxmamaları üçün çağırışı edib.
Qaçan heyvanlar içərisində bir ayının da olduğu, ancaq sonradan polis tərəfindən vurularaq yaxalandığı bildirilib.
Müxalifət.az