Almaniyadan BMT-yə çağırış: Biz dəhşətli şəraitdə yaşayan...
25-02-2019 21:01
Baxış sayı:
4672

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf məsələləri naziri Herd Müller Birləşmiş Millətlər Təşkilatına müraciət edərək onu qaçqınların Suriyaya və Suriya ilə qonşu ölkələrə qayıtmasına imkan verən və onları buna inandıran təşəbbüslə çıxış etməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, siyasətçi beynəlxalq birliyi, ilk növbədə, Avropanı qaçqınların BMT-nin qaydalarına müvafiq olaraq vətənə qayıtmasına şərait yaradılması məqsədi daşıyan proqram işləyib hazırlamağa çağırıb.
Müller deyib: “Biz dəhşətli şəraitdə yaşayan insanların necə əzab çəkdiyini daha beş il soyuqqanlı şəkildə müşahidə edə bilmərik”.