Almaniyadan Türkiyəyə S-400 və NATO mesajı!

Baxış sayı:
4879

Almaniya hökuməti Rusiyadan S-400 raketdən müdafiə sistemləri almağa hazırlaşan Türkiyəyə NATO-dakı mövqeyini nəzərə alaraq bu qərarını yenidən nəzərdən keçirməsi çağırışı edib.
 
Alman hökuməti Rus S-400 raketdən müdafiə sistemlərinin alışı mövzusunda Türkiyəni xəbərdar edib. Hökumətin sözçüsünün vəkili Ulrike Demmer "Alman hökuməti Türkiyənin qərarını Transatlantik ittifaqındakı mövqeyi çərçivəsində bir dəfə daha nəzərdən keçirməsindən məmnuniyyət duyacağını açıqlayıb.
Alman hökumət sözçüsü Rusiya ilə Türkiyə arasında imzalanan S-400 razılaşmasının NATO daxilində də "davamlı və hərarətli bir şəkildə müzakirə edilən bir mövzu" olduğunu ifadə edib. Bundan başqa, Rus silah sistemlərinin idxal edilməsinin Türkiyəyə yönəlik Amerikan sanksiyalarını dövrəyə soxa biləcəyi də xatırladılıb. Demmer "Bu da nə Türkiyənin, nə də NATO-nun mənafeyinə xidmət etmir" deyə söyləyib.
Müxalifət.az