Almaniyanın “Bild” qəzetindən “S-400 və Türkiyə” yazısı!

Almaniyanın “Bild” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə S-400 müdafiə sistemlərini alacaq, demirəm, alıb, deyirəm. Biz bu işi bitirdik" sözlərini analiz edib.
Türkiyənin ABŞ ilə uzun müddətdir davam edən böhrana baxmayaraq S-400-ü alma qərarı verdiyini yazan “Bild”, prezident Ərdoğanın ABŞ-ın buna qəzəblnəcəyini bilsə də, bu razılaşmanı imzaladığını ifadə edib.
ABŞ-ın bu razılaşmaya görə, Türk pilotlarının F-35 təhsilini dayandırdığını xatırladan qəzet, Vaşinqtonun S-400 sisteminin NATO təyyarələriylə əlaqədar məlumat yığa biləcəyindən qorxduğunu ifadə edib.
S-400-ün TÜRKİYƏYƏ GƏLƏCƏYİNİ NƏHAYƏT Kİ QƏBUL ETDİLƏR
ABŞ və Qərb mediası uzun müddətdir S-400 mövzusunda Türkiyəyə qarşı təhdid dilini istifadə edir, Türkiyənin bu razılaşmadan imtina edə biləcəyini vurğulayırdılar.
Ancaq “Bild”-in son yazısında, artıq Qərbin də Türkiyəni S-400-lərdən imtina etdirmə ümidinin qalmadığı aydın oldu.
“Bild” qəzetinin qarşıdurmaya girən və gərginliyi artıran tərəfin Türkiyə olduğunu iddia etməsi isə diqqət çəkib.
Qəzet Türkiyənin Suriya sərhədində qurulmaq istənən PKK terror dövlətini, terrorçulara göndərilən minlərlə silahı və Şərqi Aralıq dənizinə yığılan döyüş gəmilərindən isə heç bəhs etməyib.
Müxalifət.az