Amerikalı rahib Fətullah Gülənin Türkiyəyə TƏHVİL VERİLMƏSİNİ TƏKLİF ETDİ

ABŞ-lı keşiş, casus keşiş Brunson ilə terrrorçubaşı Fətullah Gülənin mübadilə edilməsini təklif edib.
FETÖ –nun başçısı Fetullah Gülənlə əlaqəli olduğu və bu səbəblə də İzmirdə cəzalanmasına davam edilən casus-keşiş Endryu Brunsonun işini təqib edən Nyu-york Xristian Kilsəsi rahiblərindən Uilyam Devlinin “The Christian Post”-un internet səhifəsində dərc olunan məqaləsində ABŞ ictimaiyyətinə casus-keşiş Brunson ilə terrorçubaşı Gülənin mübadilə edilməsi təklif edilib. “Problemin həlli ABŞ hökumətinin Güləni Türkiyəyə ekstradisiya etməsidir” deyən ABŞ-lı keşiş, ABŞ hökumətinə “nə üçün beynəlxalq bir terrorçuya dəstək verilməsi soruşulmalıdır” - deyib.
Devlin, ABŞ hökumətinin Güləni tez ya da gec Türkiyəyə ekstradisiya olunmasının uyğun olacağını bildirərək, "Keşiş Brunsonun Fətullah Gülən, Gülən Hərəkatı və PKK/YPG ilə əlaqəli olduğuna dair bütün iddialar həqiqətdən uzaqdır. Belə bir vəziyyətdə həll, ABŞ hökumətinin keşiş Brunsonun tez sərbəst buraxılması qarşılığında Güləni Türkiyəyə təhvil verməsi olacaqdır" deyə, qeyd edib.
ABŞ hökumətlərinin keçmişdə də buna bənzər cinayətkarların ekstradisiyasını həyata keçirdiyini xatırladan Devlin, Türkiyənin ekstradisiyasını tələb etdiyi bir terrorçunu ABŞ-da tutmağın bir mənasının olmadığını, Amerika mətbuatının və ABŞ Konqres üzvlərinin diqqətini bu məsələyə çəkmək istədiyini bildirib.
Müxalifət.az