Amerikan hərbi mundirli TERRORÇULAR ÖLDÜRÜLDÜ
2-06-2018 16:09
Baxış sayı:
11596

Bu foto Əfqanıstanın paytaxtı Kabildəki Daxili İşlər Nazirliyinin binası önündə çəkilib.
Terrorçulardan biri nazirlik binası girişində üstündəki bombanı partladıb. Partlayışdan dərhal sonra digər terrorçular atəş açaraq içəri girmək istəyib. Ancaq binanı qoruyan polislər cavab verib və atışma baş verib.
Toqquşmanın sonunda terrorçuların hamısı öldürülüb. Öldürülən yeddi terrorçudan bəzilərinin Amerikan hərbi mundiriı geydiyi ortaya çıxıb. “Associated Press” (AP) xəbər agentliyi, şok fotoları dünyaya yayımlayıb. Terror təşkilatı İŞİD-ın üzərinə götürdüyü hücumda bir polis də həyatını itirib.
İŞİD və Talibanın mühasirəsində olan Əfqanıstanda yeni ildən bu yana reallaşan hücumlarda yüzlərlə adam can verib.
Müxalifət.az