Ankarada hərəkətlilik davam edir - Daha bir təyyarə endi
15-07-2019 11:02
Baxış sayı:
7339

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin tədarükü davam edir.
Tədarük çərçivəsində kompleksin avadanlıqlarını daşıyan 8-ci təyyarə Ankaranın Mürtəd hava limanına eniş edib.
Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 batareyası alıb.
Xatırladaq ki, tədarük prosesi ötən həftə start götürüb.