ARAZ MUSAYEV PUTİNƏ MÜRACİƏT ETDİ – ​Rusiya prezidentinə 10 min nəfərdə çox vətəndaşın rəyi çatdırılıb​

Baxış sayı:
12040

Azərbaycanın tanınnış idmançısı, 9 qat dünya çempionu, 3 qat Avropa çempionu, Muay-tay və Tayboksinq federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Vəkillər Kollegiyasının üzü Ramil Rüstəmovun da imza atdığı müraciətdə Putindən vətənpərvər jurnalistimiz Fuad Abbasovun təhlükəsizliyinin təmin olunmasına göstəriş verməsi xahiş olunur. Qeyd edək ki, Araz Musayevin təşəbbüsü ilə Fuad Abbasovun təhlükəsizliyinin təmin olunması məqsədilə ölkədə imzatoplama kampaniyası başladılıb və qısa müddətdə 10 mindən çox imza yığılıb. Bu petisiyasnın nəticəsi olaraq Rusiya prezidentinə müraciət qəbul olunub və imzatoplama kampaniyasında iştirak edən minlərlə insanın rəyi 26.02.2019-cu il tarixdə Vladimir Putinə çatdırılıb. “İnanırıq ki, Rusiya dövlətinin başçısı azərbaycanlı jurnalistin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq orqanlara göstəriş verəcəkdir” – deyə Araz Musayev Muxalifet.az-a açıqlamsında bildirib. Muxalifet.az