Arda Turan Fateh Terimdən üzr istədi! Qalatasaraya qayıtmaq istəyir

Baxış sayı:
17818

Türkiyədə Başakşehir futbol komandasının istəmədiyi Arda Turan Fateh Terimdən üzr istəyərək Qalatasaraya dönmək istədiyini ifadə edib.
 
Parıltılı bir futbol karyerasında Barcelonada heyətə girə bilmədikdən sonra Medipol Başakşehirə gələn, ancaq gözlənilən oyunu göstərə bilməyən və şəxsi həyatındakı qalmaqallarıyla gündəmə gələn Arda Turan ilə baş məşqçi Fateh Terimin ötən günlərdə bir araya gəldiyi iddia edilib.
İkilinin qısa bir görüş keçirdiyi və aradakı buzların tamamilə əridiyi öyrənilib. Bilindiyi kimi, milli komandada yaşananlardan ötəri ikilinin arası açıq idi.
 
Küskünlük sona çatdı
 
“Təqvim” qəzetində gedən xəbərə görə, Arda Turan o hadisədən sonra Fateh Terimin atasının cənazəsində ona zəng etmiş və ikili arasındakı küskünlük bir mənada sona çatmışdı. Bu hadisədən sonra Başakşehirli Arda ilə Terim görüşməyə başlayıb.
Qeyd edək ki, Başakşehir Barcelonadan kirayəyə götürdüyü Arda Turan ilə önümüzdəki mövsüm davam etmək istəmir. İspan nəhəngi Arda ilə yollarını ayırmağı planlayır. Təcrübəli oyunçu da köhnə klubu Qalatasaraya göz qırpır.
Müxalifət.az