Arda Turana rekord cəza
10-05-2018 19:55
Baxış sayı:
6307

Türkiyə Futbol Federasiyası (TFF) "Başakşehir" komandasının oyunçusu Arda Turanı 16 rəsmi matçda oynamaqdan məhrum edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" matçında Arda yan hakimin qərarına etiraz edib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.