Arnold Şvartseneger və Linda Hemilton yeni “Terminator”da çəkiliblər

Baxış sayı:
8455

Noyabrın 1-də dünya ekranlarına “Terminator: Qaranlıq talelər” franşizasının davamı çıxacaq. “Terminator”un əvvəlki iki hissəsində çəkilmiş aktyorlar Linda Hemilton və Arnold Şvartseneger üçüncü hissədə də iştirak ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Deadline” yayıb.
Məlumatda deyilir ki, çəkilişlərə əvvəlki hissələrin rejissoru Ceyms Kemeron qatılıb. Onun sözlərinə görə, “Terminator”a qayıdış zaman maşınında gəzintiyə bənzəyir.
Öz dövrünün ən gurultulu filmlərindən biri olan “Terminator”un yeni hissəsinin yaradıcıları bu dəfə süjeti aktrisa Makkenza Devisin ifa etdiyi Qreysin gələcəyindən olan qız ətrafında inkişaf etdiriblər. O, Sarra Konnor (Linda Hemilton) və kiberq T-800 (Arnold Şvartseneger) ilə birlikdə Danini (Nataliya Reyes) və bəşəriyyəti xilas edəcək.