Artıq Türk tankları Afrində QORUMA ALTINDA OLACAQ

Türkiyə Müdafiə Sənayesinin müşaviri İsmayıl Dəmir, müdafiə naziri Canikə keçdiyimiz günlərdə müjdəsini verdiyi Akkor Pulat müdafiə sisteminin sınaqlarının uğurla keçdiyini və yaxında Afrində olacağını açıqlayıb.
ASELSAN və Tübitak SAYA tərəfindən inkişaf etdirilən Akkor Pulat fəal müdafiə sisteminin testdən uğurla keçdiyi açıqlanıb. Daha əvvəl S-400 raketdən medafiə sistemi ilə eyni məntiqdə çalışdığı açıqlanan fəal qoruma sistemi Akkor Pulat, Afrindəki “Zeytun Budağı” hərəkatında iştirak edən tanklara da montaj ediləcəyi bildirilib.
QISA MÜDDƏTDƏ AFRİNDƏ OLACAQ
Twitter-də açıqlama verən Müdafiə Sənayesinin müşaviri İsmayıl Dəmir, "Akkor Pulat fəal qoruma sisteminin test işləri uğurla həyata keçirilib" deyə, bildirib.
“Zeytun Budağı” Hərəkatında xidmət edən tanklara tezliklə inteqrasiya ediləcəyini bildirən Dəmir, "Sistem bu mənada dünyada ilk dəfə müharibə sahəsində istifadə edilən aktiv qoruma sistemi olacaq. Bu prosesdə gərgin əmək göstərən ASELSAN və Tübitak SAYA əməkdaşlarımızı da təbrik edirəm" deyib.
Müdafiə Naziri Canik müjdə vermişdi
Ötən həftələrdə müdafiə naziri Nurəddin Canik, hərbi zavodlarda 5 kilometr məsafədən idarə olunan bir sistem yaradıldığını açıqlayıb, tankları raketlərdən qoruyacaq olan Akkor Pulat fəal qoruma sisteminin də mart ayında tanklara montaj ediləcəyini bildirmişdi.
Müxalifət.az