Arvadı erməni olan millət vəkili 25 nəfərlik heyətlə Qarabağa səfər etdi - Növbəti dəfə...

Baxış sayı:
6952

Arvadı erməni olan alman millət vəkili Martin Zonneborn 25 nəfərlik heyətlə Azərbaycanın işğal edilmiş torpaqlarına səfər edib.
Moderator.az erməni mənbələrimnə istinadən xəbər verir ki, Avropa parlamentinin millət vəkili olan M.Zonnebornun səfərində əsas məqsədin qondarma respublikanı tanıtmaq, bu “respublika”da turizmin inkişafına dəstək verməkdir.
Məlumat üçün qeyd edək ki, M.Zonneborn ötən il də Qarabağa səfər edib, səfər əsnasında ermənilərə çox böyük dəyər verdiyini dilə gətirib.
Azərbaycan tərəfinin tərtib etdiyi “qara siyahı” ilə bağlı istehzalı fikirlər səsləndirən alman millət vəkili, 2018--ci ildəki səfərində bu siyahıda 700 ismin yer aldığını bildirmiş və bu rəqəmi 1000-ə qaldırmaq niyyəti ilə 2019-cu ildə Qarabağa təkrar səfər edəcəyini bildirmişdi. Görünən odur ki, alman millət vəkili bir il əvvəlki vədinə xilaf çıxmayaraq bu ildə Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər edərək ölkəmizin ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik sərgiləyib.