AŞPA Azərbaycana 33 nəfərlik nümayəndə heyəti göndərir – PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI
15-03-2018 12:29
Baxış sayı:
3256

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.
Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.