​Ata və oğlu bıçaqlandı - CƏLİLABADDA

Baxış sayı:
9893

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakinləri - 1946-cı il təvəllüdlü Vəliəhd Əziz oğlu Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Babək Əliyev mübahisə zəminində bıçaqlanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.