​Avropa Belarusa sanksiyaları uzatdı

Baxış sayı:
3811

Avropa Birliyi Belarusa qarşı sanksiyaların müddətini uzadıb.
Muxalifet.az xəbər verir ki, sanksiyalar gələn ilin fevralın 28-dək uzadıb. Brüsselin ləğv etmədiyi sanksiyalar sırasına silah embarqosu və Minskin aktivlərinin dondurulması daxildir.
Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə Belarusun aktivlərini dondurub. 7 ildən sonra isə Minskə silah embarqosu tətbiq edilib.
Sanksiyalar 2016-cı ilin fevralında qismən yumşaldılıb.