Avropa Birliyindən Türkiyəyə açıq təhdid

Avropa Birliyi liderləri iki gün davam edəcək toplantı üçün dünən Brüsseldə bir araya gəlib. Qlobal təhlükəsizlik, iqlim dəyişikliyi kimi məsələlərin müzakirə olunacağı yığıncaqda Şərqi Aralıq dənizində yaşanan son hadisələr də qiymətləndirilib.
Birinci günün iclasından sonra qəbul edilən yekun bildirişində, Türkiyənin Şərqi Aralıq dənizində icra etdiyi qazma fəaliyyətləri "qeyri-qanuni" olaraq xarakterizə edilib və bundan duyulan narahatlıq dilə gətirilib.
Türkiyənin söz mövzusu fəaliyyətlərinin AB-la əlaqələrinə mənfi təsir etdiyi ifadə edilən bildirişdə, Türkiyəyə "Cənub Kipr Yunan Rəhbərliyinin suverenlik haqlarına hörmət etməsi" çağırışı edilib.
Bildirişdə, prosesi yaxından izləyəcək olan AB Şurasının, Komissiyaya "gecikmədən uyğun tədbirlərin alınması üçün variantlar təqdim etməsi" tövsiyə olunub.
AB Komissiyasının sədri Jean-Claude Juncker isə mətbuat konfransında, media mənsublarına etdiyi açıqlamada,, "Kiprlə (Cənub Kipr Yunan Rəhbərliyi) tam həmrəylik halındayıq. Türkiyənin Kiprə aid sularda etdiyi şey, tamamilə qəbul edilə bilməz. Komissiya,bu qarşıdurma söz mövzusu olduğunda, lazımlı tədbirləri almaq üçün səlahiyyətləndirilmişdi. Və bunlar yüngül tədbirlər olmayacaq" deyib.
Müxalifət.az