Avropa Birliyinin 2 hiyləgər hədəfi: Türkiyəni kürəyindən “vuracaqlar”

Baxış sayı:
4729

Avropa İttifaqının yeni oyun mərkəzi Türkiyənin Kipr Sülh Hərəkatı ilə müstəqilliyini qazanan Şimali Kipr Türk Respublikasıdır. Oyunun detalları bunlardır: Şimali Kiprin paytaxtı Nikosiyada Şimali Kipr prezidenti Mustafa Akıncı ilə Cənubi Kipr lideri Nikos Anastasiadis arasında baş tutacaq rəsmi olmayan bir görüşdə müzakirələr olacaq. Görüşün əsas müzakirə mövzusu isə Türkiyənin Kiprdəki qarant rolunda çıxışının bitirməsi və hərbçilərini KKTC-dən çəkməsi qarşılığında qurulacaq Kipr Federasiyası çətiri altında Kiprin Türk hissəsinin də Aİ-yə qəbul olunması təklifidir.
 
Bu hiyləgər planla Şimali Kiprin tamamilə ortadan qalxması, Türkiyənin kiçik vətən saydığı Şimali Kiprdən tamamilə çıxarılması ilə oyundan kənar qoyulması və Kiprin ətrafında olan bütün qaz və neft ehtiyatlarının Yunanıstan üzərindən Avropaya təhlükəsiz çatdırılmasının mümkün hala gətirilməsi məqsədi güdülür. Aİ sözügedən həmləsi ilə enerjidə Rusiya və Türk Axını səbəbilə Türkiyəyə olan asılılığını azaldacağı kimi, Şimali Kiprin müstəqilliyinə son verəcək və Türkiyə də Kiprdə “bypass” etmiş olacaq.
 
BÖHRAN ÇIXA BİLƏR
 
 Aİ-nin bir müddətdir ki, Yunanıstan və Yunan Kiprinə bu istiqamətdə təlqinlər etdiyi və strategiya hazırladığı məlum olur. Şimali Kipr Məclisinin mövqeyini nəzərə almadan Aİ-nin planı xeyrinə Federasiyaya dəstək verən Şimali Kipr prezidenti Akıncı ilə Məclisdəki müxalifət millət vəkilləri arasında siyasi bir böhranın baş verməsi ehtimalı da var. Çünki prezident Akıncı bu siyasətdə israr etdiyi təqdirdə, Məclis onu müzakirələrdə təmsilçilik vəzifəsindən azad edə bilər və artıq bu haqda danışılır.
Digər tərəfdən, İsrail və Misir də Aralıq ənizindəki enerji mənbələri üçün Türkiyəyə qarşı fəaliyyətini davam etdirir.
Müxalifət.az