Avropa Birliyinin üzvü olan deyilik - Prezident

Baxış sayı:
5086

Moldova Avropa Birliyinin (AB) üzvü olmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon jurnalistlərə açıqlamasında deyib.
“Hesab edirəm ki, AB-nin üzvü olmayacağıq. Bunu Brüsseldə təşkil edilən Şərq Tərəfdaşlığı sammitində anladıq. Moldova özü də buna hazır deyil”, - prezident bildirib.
Dodon əlavə edib ki, ölkəsi həm Rusiya, həm də Qərblə konstruktiv əlaqələrə malik olduğu zaman mövcudluğunu davam etdirə biləcək:
“Biz Rusiya ilə Avropaya qarşı, yaxud Avropa ilə Rusiyaya qarşı münasibətlərə malik ola bilmərik”.