Avropa Çinə qarşı hərəkətə keçdi: Sistem çökə bilər...
1-06-2018 20:51
Baxış sayı:
6373

Avropa Birliyi (AB) Dünya Ticarət Təşkilatı (DTT) çərçivəsində Çinə qarşı hüquqi prosedurlara başlayıb. Muxalifet.az xəbər verir ki, buna səbəb kimi Çinin əqli mülkiyyət hüququna riayət etməməsi və şirkətlərən texniki baza məlumatlarını tələb etməsi göstərilib. Avropa Komissiyasının iqtisadiyyat üzrə müşaviri Sesiliya Malmström qeyd edib ki, şirkətlərdən zorla baza məlumatlarının alınmasına icazə verilməyəcək: “Çindəki tətbiqetmələr DTT qaydalarına uyğun gəlmir. Əsas oyunçular qaydalara əməl etməsə, sistem çökə bilər”.