AVROPA İTTİFAQI ALMANİYANIN KEÇMİŞ KANSLERİNİ “QARA SİYAHI”YA SALDI… - Avstriyanın sabiq XİN rəhbərinə də sanksiya tətbiq olunacaq

Baxış sayı:
843

Avroparlamentin deputatları Almaniyanın keçmiş kansleri Gerhard Şroder və Avstriyanın keçmiş XİN başçısı Karin Knayslı sanksiyalar siyahısına daxil etmək üçün Avropa İttifaqının 27 üzv ölkəsinə çağırmaq niyyətində olduqlarını bildiriblər.

Muxalifet.az “Evropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri qətnamə layihəsinə istinadən yazır.

Sənəddə deyilir ki, bir sıra Qərb siyasətçilərinin Rusiya korporasiyalarındakı vəzifələrindən istefa verməsindən sonra Avropa Parlamentinin deputatları “Karin Knaysl və Gerhard Şröderdən də başqaları kimi etməyi qətiyyətlə tələb edirlər”.

Knaysl ötən ildən Rusiyanın dövlət neft şirkəti “Rosneft”in müşahidə şurasının heyətindədir. Şröder isə orada müşahidə şurasının sədridir. Knaysl toyunda Rusiya prezidenti Vladimir Putinlə rəqs etməsi ilə də tanınıb.

"Layihə Avropadan əsl siqnaldır. Keçmiş kanslerlər səlahiyyət müddətindən sonra da öz dövlətlərinin rifahı haqqında düşünməyə davam etməlidirlər", - deyə Avropa Xalq Partiyasının üzvü Stefan Berqer bildirib.

Şröder və Knayslın öz vəzifələrində qalacağı təqdirdə, Avropa Parlamentinin deputatları Aİ Şurasını “Aİ-nin sanksiyalarının tətbiq edildiyi şəxslərin siyahısını Rusiyadan maliyyə vəsaiti almağa davam edən iri Rusiya şirkətlərinin idarə heyəti üzvləri və siyasətçiləri də daxil etmək üçün genişləndirməyə” çağırır.

Şröder və Knaysl indiyədək öz postlarını tərk etməkdən imtina ediblər. Uzun müzakirələrdən sonra Xristian Demokratlar və Mühafizəkarlar (EPP), Sosial Demokratlar və Sosialistlər (S&D), Liberallar və Yaşıllar partiyasından olan deputatlar layihə ilə bağlı razılığa gəliblər.