Avropanın İSLAMOFOBİYA XƏRİTƏSİ

“Pew” Araşdırma Mərkəzi, Qərbi Avropadakı dini inanc və ibadətlər üzərində apardığı son araşdırmaya görə, Avropalılar ailə fərdləri arasında Müsəlman və ya Yəhudi şəxslərin olmasını istəmir.
Ailəsində Müsəlman və Yəhudi istəməyən Avropalıların siyahısında İtalyanlar ilk sırada yer alır. Araşdırmaya qatılan İtalyanların 43 faizi Müsəlmanları, 25 faizi isə Yəhudi birini ailə fərdi olaraq istəmir.
İtaliyanı İngiltərə, Avstriya və Almaniya izləyir.
ƏN AZ TƏPKİ GÖSTƏRƏN ÖLKƏLƏR: NORVEÇ və HOLLANDİYA
Araşdırma nəticələrinə görə, Avropanın ən tolerant iki ölkəsi isə Norveç və Hollandiyadır.
Hollandiyalıların yalnız 3 faizi Yəhudilərə, 9 faizi Müsəlmanlara qarşı çıxarkən, Norveçlilərin 3 faizi Yəhudiləri və 13 faizi Müsəlmanları istəmir.
Araşdırma, Avropalıların Yəhudilərə Müsəlmanlardan daha çox dözümlülük göstərdiyini ortaya qoyub.
YƏHUDİLƏRƏ DAHA İSTİ BAXILIR
Araşdırmaya görə, Avropalılar Yəhudilərə Müsəlmanlardan daha çox dözümlülük nümayiş etdirir.
Böyük əksəriyyəti Xristian olan Avropalılardan araşdırmaya qatılanların 91 faizi xaç suyuna salındığını, 81 faizi Xristian olaraq tərbiyə olunduğunu qeyd edərkən, bu insanlardan sadəcə 71 faizi özünü Xristian kimi təsvir edir.
Özünü Xristian kimi qəbul edənlərin 46 faizi isə dini ibadətləri yerinə yetirmir.
“Pew” Araşdırma Mərkəzinin sorğusu, 15 Qərbi Avropa ölkəsində 25 min nəfər arasında, 2017-ci ilin aprel - avqust aylarında keçirilib.
Müxalifət.az