Avstriya parlamenti kanslerə etimadsızlıq göstərdi

Baxış sayı:
11368

Bu gün Avstriya parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxılıb
Müxalifətçi JETZT (İNDİ) Partiyası Federal Kansler Sebastian Kurtsa, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə təkcə kanslerə qarşı deyil, bütövlükdə hazırkı hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış edib. 
Parlamentdə 52 deputatla təmsil olunan SPÖ partiyası S.Kurtsu hazırkı hökumət böhranının yaşanmasında, Avstriya Azadlıq Partiyası ilə koalisiyalı hökumət qurmaqda və ölkənin nüfuzunu beynəlxalq aləmdə ləkələməkdə ittiham edib. 
Ölkə Konstitusiyasına əsasən, növbəti seçkilərə kimi müvəqqəti hökumətin formalaşdırılması üçün Federal Prezident Aleksander Van der Bellen qərar verməlidir. Federal Prezidentin bu vəzifəni kimə həvalə edəcəyi hələ məlum deyil.