Avstriya son 32 ildə ilk dəfə Almaniyanı məğlub edib - VİDEO

Baxış sayı:
2080

Futbol üzrə Avstriya yığması yoldaşlıq matçında Almaniya millisini məğlub edib.
 
Muxalifet.az xəbər verir ki, Avstriyanın Klaqenfurt şəhərində keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
 
Bu, avstriyalılar üçün Almaniya ilə qarşılaşmalarda 32 il ərzində ilk qələbə olub. Avstriya yığması sonuncu dəfə 1986-cı ildə Almaniyanı 4:1 hesabı ilə məğlub edib. Həmin vaxtdan bu yana komandalar 10 dəfə qarşılaşıblar və yalnız bir dəfə avstriyalılar heç-heçəyə nail olublar. Qalan bütün görüşlər almanların qələbəsi ilə yekunlaşıb.
 
Avstriyanın hazırkı qələbə seriyası 7 oyuna çatıb. Komanda ötən ilin sentyabrın 5-dən məğlubiyyət bilmir. Lakin bununla belə o, Dünya çempionatı- 2018-ə düşə bilməyib.