Axtarış

The search found 105857 results in 0.092 seconds.

Search results

  1. Şabranda aptekdə narkotik tərkibli həblər satılır - ƏMƏLİYYAT

    Şabrandakı apteklərin birindən tramadol həbləri tapılıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Şabran RP-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.
    Araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.
    Həmin aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.
    Araşdırmalar davam etdirilir.

    Muxalifet - 1-08-2019

  2. "Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur” - İntihar edən 17 yaşlı qızın atası

    Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla evləndirildiyi üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib. 
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün 3 mərasimi keçirilir.
    Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:

    Muxalifet - 1-08-2019

  3. Deputat yoldaşlarından Fazil Mustafaya sərt cavablar - Şah İsmayıl QALMAQALI BÖYÜYÜR

    Fəzail Ağamalı: “Dəfələrlə ona demişəm ki, dayan, etmə”; Fərəc Quliyev: “Onu urvatdan salmaq cəhdləri yolverilməzdir”

    Muxalifet - 1-08-2019

  4. “İki peraşki, bir vafliyə elmi rəy yazanlar var” - ƏNVƏR ƏLİYEV

    Muxalifet.az bir zamanlar siyasət meydanının məşhur isimlərindən biri olmuş, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olan, MSK-nın seçkilərlə bağlı yekun protokolunu imzalamayan və 2006-cı ildən sonra ictimai-siyasi proseslərdən çəkilən Ənvər Əliyevin azpolitika.info-ya müsahibəsini təqdim edir.

    Muxalifet4 - 1-08-2019

  5. “Binə” ticarət mərkəzində ölüm hadisəsi

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində ölüm hadisəsi baş verib. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, ticarət mərkəzinə alış-veriş üçün gələn Rusiya Federasiyası vətəndaşı, 67 yaşlı Məhəbbət Zahiyalova qəfildən vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.

    Muxalifet - 1-08-2019

  6. ​Meteor axını olacaq - BU HƏFTƏ

    Bu həftə "Perseid" meteor yağışı olacaq.
    Səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.
    Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda "düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.
    Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.

    Muxalifet - 1-08-2019

  7. ​Qızını zorla ərə verən valideynə bu cəza verilməlidir - RƏSMİ

    İyulun 31-də Zaqatala rayonunun Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar etdiyi xəbəri yayılıb. Yeniyetmə yaşında canına qəsd edən Gülərin meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanısevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.
    Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

    Muxalifet - 1-08-2019

  8. ​VAQİF ƏSƏDOVUN “HUMANİZMİ” - Və yaxud DYP sarı zolaq qadağası ilə bağlı cərimələri niyə “bağışlamağa” məcbur oldu?

    İyulun 28-də Dövlət Yol Polisi İdarəsinin qanunsuz olaraq tətbiq etdiyi sarı zolaq qadağasınn müddəti bitdikdən sonra bir sıra saytlarda “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib, cərimələri bağışladı” kimi yazılar dərc olundu. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədova istinadən verilən məlumatda DYP-nin vətəndaşlara tətbiq olunan qanunsuz cərimələrin “bağışlanması” humanist bir addım kimi cəmiyyətə sırındı.

    Muxalifet - 1-08-2019

  9. Bakıda növbəti söküntü dalğası - Növbə “xruşşovka”lara çatdı

    Narazı sakinlər dinlənilir, problemlərin həlli istiqamətində tapşırıqlar verilir

    Muxalifet - 1-08-2019

  10. Tacir Şahmalıoğluna AĞIR İTKİ: “Evimin çiçəyi getdi...”

    Müğənni Tacir Şahmalıoğluna ağır itki üz verib. Sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva dünyasını dəyişib.
    Müğənni Tacir Şahmalıoğlu anasının Mərdəkanda mərhum qardaşının yanında dəfn olunacağını bildirib:
    “Danışacaq halda deyiləm, anamı dəfn etməyə gedirəm. Anamın heç bir xəstəliyi yox idi, evdə yıxılmışdı, omba sümyü qırılmışdı. Həkimlər dedi ki, əməliyyat etdirmək olmaz, ürəyi zəifdir, narkozu qəbul etməyəcək. Ağrılara tab gətirmədi, həm də yeməyi kəsilmişdi. Evimin çiçəyi getdi”.

    Muxalifet - 1-08-2019

  11. "Qışqırdı ki, qonşular, eşidin, mən namusumu təmizlədim..." - 22 İLLİK EVLİLİKDƏN SONRA ARVADINI NİYƏ ÖLDÜRÜB?

    49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib. Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq “qonşular, eşidin, mən namusumu təmizlədim” deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində Gülay Muradova ifadə verib.

    Muxalifet4 - 1-08-2019

  12. Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar

    Soçi Beynəlxalq Hava Limanında erməni soyadlı əməkdaşları kütləvi şəkildə işdən çıxarırlar.

    Bu açıqlamanı hava limanının əməkdaşları veriblər.

    “Biz, “Soçi Beynəlxalq Hava Limanı” ASC-nin kollektivi, kömək üçün sizə müraciət edirik. Müəssisəmizdə ikinci ildir ki, milli əsaslarla kadrların sərt təmizlənməsi həyata keçirilir. Xüsusən də erməni soyadlı işçilər bütün vasitələrlə işdən azad olunurlar”, - deyə erməni saytı news.am həmin açıqlamadan sitat gətirib.

    Muxalifet4 - 1-08-2019

  13. Kraliçanın ailəsi ilə bağlı gizli məqamlar üzə çıxdı - SENSASİYALI FAKTLAR

    Onun ən son arzusu şahzadə ilə ailə qurmaq idi. Amma elə birinci görüşdən, ilk baxışdan aşiq oldu.

    Danimarkanın kraliçası II Marqaret və həyat yoldaşı Henrix artıq 52 ildir bir həyatı paylaşır, eyni yastığa baş qoyurlar.

    Kim deyir ki, ailə həyatı yağ və bal gölüdür. Düz 52 ildir, bu gözəl cütlük həyatın bütün çətinliklərinə, tufanına birgə sinə gərir.

    Bəli, mövzumuzun qəhrəmanları Danimarka kraliçası və sevimli əridir.

    Muxalifet - 1-08-2019

  14. ​Bu il imtahanlarda 500 mindən artıq adam iştirak edib

    Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
    DİM-dən verilən məlumata görə, iclasda 2019-cu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.

    Muxalifet - 1-08-2019

  15. BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz Məmmədov Prezidentin müşavirəsinə qatılmadı

    Xəbər verildiyi kimi, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.

    Muxalifet - 1-08-2019

  16. ​SON DƏQİQƏ: Azərbaycanda toy karvanında DƏHŞƏTLİ QƏZA - 6 nəfər...

    Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.
    Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.
    Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır./Report

    Muxalifet - 1-08-2019

  17. Nənənin nəvəsinə qarşı DƏHŞƏTLİ ƏMƏLİ: Ətini kəlbətinlə qopardı - Video

    Çində balaca qız nənəsi tərəfindən şiddətə məruz qalıb.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində ailəsi tərəfindən nənəsinə etibar edilən qız uşağı vəhşicəsinə döyülüb. Vəhşi nənə nəvəsini ilk öncə elektrik naqili ilə döyüb, daha sonra isə kəlbətinlə dərəsini qoparıb.
    Hadisə qonşular tərəfindən ortaya çıxarılıb. Polislər tərəfindən saxlanılan nənənin isə ağır cəza alacağı bildirilib.
     

    Muxalifet - 1-08-2019

  18. "Arvadının ağzını sən yuma bilmədin, mən elədim"- Məmmədov qardaşı arvadını niyə öldürüb?

    Qardaşı arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Mərhumun əri deyib ki, günah öləndə olub.
    1960-cı il təvəllüdlü Məmmədov Rafiq Həsənoviçin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.
    Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə iclasında şahidlər ifadə verib.

    Muxalifet - 1-08-2019

  19. Sabirabadda AĞIR QƏZA - Ölən var

    Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
    "Report"un məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndindən keçən hissəsində qeydə alınıb.
    Qəza zamanı 2 maşın toqquşub, xəsarət alanlardan birinin öldüyü bildirilir.

    Muxalifet - 1-08-2019

  20. Soçidə erməniləri kütləvi şəkildə qovmağa başladılar

    Soçi Beynəlxalq Hava Limanında erməni soyadlı əməkdaşları kütləvi şəkildə işdən çıxarırlar.

    Virtualaz.org bildirir ki, bu açıqlamanı hava limanının əməkdaşları veriblər.

    “Biz, “Soçi Beynəlxalq Hava Limanı” ASC-nin kollektivi, kömək üçün sizə müraciət edirik. Müəssisəmizdə ikinci ildir ki, milli əsaslarla kadrların sərt təmizlənməsi həyata keçirilir. Xüsusən də erməni soyadlı işçilər bütün vasitələrlə işdən azad olunurlar”, - deyə erməni saytı news.am həmin açıqlamadan sitat gətirib.

    Muxalifet - 1-08-2019

Pages