Axtarış

The search found 105857 results in 0.029 seconds.

Search results

  1. Azərbaycanda daha bir nəfər suda boğuldu - AXTARIŞLAR BAŞLADI

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
    Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
    Əlavə məlumat veriləcək.

    Muxalifet - 2-08-2019

  2. Prezidentdən Sami Yusiflə bağlı - SƏRƏNCAM

    Prezident İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 2-08-2019

  3. Novxanı, Buzovna, Şüvəlan, Şıx, Nabran.... - Nazirlik çirkli çimərlikləri açıqladı

    "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-dək çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir". 

    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.

    Muxalifet - 2-08-2019

  4. Azərbaycanda direktor olmaq istəyən 2 min nəfərlə bağlı YENİ XƏBƏR

    Bu gündən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.
    Muxalifet.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
    İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

    Muxalifet - 2-08-2019

  5. Teymurilərə qan udduran Azərbaycan hökmdarı - TARİXİ FAKTLAR

    XV əsr Azərbaycan tarixinin mühüm dövrlərindən sayılır. Məhz bu əsrdə Azərbaycan ərazisi yadelli işğaldan azad oldu və müstəqil dövlətçilik ənənələrinin bərpasına başlanıldı. "Ölkə.Az" bildirir ki, tarixin bu dövründə Azərbaycan ərazisi Əmir Teymur tərəfindən işğal edilsə də, daim xalq üsyanları baş verir, mübarizə gedirdi. Bu mübarizədə əsas yük Qaraqoyunlu tayfalarının üzərinə düşmüşdü. Qaraqoyunluların tarixinin tədqiqi və təhlili zamanı dövrün türk, fars və ərəb mənbələrindən istifadə edilib.

    Muxalifet - 2-08-2019

  6. "Rəşad özünü qorumaq üçün nəsə etməmiş olmaz" MİG-29-un cəsur pilotu haqda bilinməyənlər

    Qapı açılan kimi koridorda səs eşidən 7 yaşlı Turqut qapıya qaçır. Qapını döyənin atası olduğunu düşünür. Lakin öncəki bir neçə gündə olduğu kimi bu dəfə də gələnin atası olmadığını görüncə sakit dayanıb üzümüzə baxır. O bir neçə gündür ki, ailəsinə eyni sual verir - "Atam hanı, niyə gəlmir?" Onun həm də evə girib-çıxanlara nigaran baxışlarla verdiyi bu suala hələlik heç kimin verəcək dəqiq cavabı yoxdur.

    Muxalifet - 2-08-2019

  7. “Baku Medikal Plaza”dakı ölüm işinin SENSASİON TƏFƏRRÜATLARI

    Mərhumun yaxınları plastik cərrah Sirus Qoçqaninin cəzalandırılmasını tələb edirlər; onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

    Muxalifet - 2-08-2019

  8. ​SON DƏQİQƏ: Mədət Quliyev tanınmış jurnalistə YÜKSƏK VƏZİFƏ VERDİ

    Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
    Muxalifet.az APA-nın məlumatına görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.
    Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.
     O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub.

    Muxalifet - 2-08-2019

  9. Həkim xəstəni komaya saldı - CƏLİLABADDA

    Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb. Rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib. Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır./report

    Muxalifet - 2-08-2019

  10. Təhsil almaq istəyən gənc qızın intiharı - sosioloqlar problemin kökündəki səbəblərdən danışdılar

    Əhməd Qəşəmoğlu: “Cəmiyyət o qədər mürəkkəbləşib ki, valideyn qızını Bakıya buraxmaq istəmir”; Mehriban Zeynalova: “Bəziləri düşünür ki, qız övladına  kapital qoyuluşu əlverişli deyil”

    Muxalifet - 2-08-2019

  11. İmamoğlu xarici dil bilgisi ilə hamını heyrətləndirdi - Video

    İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun xarici qonaqlarla ingiliscə danışması hamını heyrətləndirib.
    “Yeni Sabah” bildirir ki, Ə.İmamoğlu onu təbrik məqsədilə ziyarət edən Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana Aranqo, Braziliyanın İstanbuldakı baş konsulu Paulo Roberto França, eləcə də Yunanıstanın baş konsulu Georgia Soultanopoulou ilə ingiliscə danışıb.
    İmamoğlu Cihangirdə vətəndaşlarla görüşü zamanı ona sual verən CNN müxbirinə də ingilis dilində cavab verib. Bu barədə müxbir Coe Duran sosial şəbəkədə paylaşım edib.

    Muxalifet - 2-08-2019

  12. ABŞ İrana hücum etsə, iki ölkə yerlə-yeksan olacaq - QORXUNC SSENARİ

    Yaxın Şərqdə terrorizmi maliyyələşdirən Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd İbn Zahidin Səudiyyə Ərəbistanı ilə ittifaqı pozub İrana yaxınlaşmasının səbəbi ortaya çıxıb.

    İyun ayındakı əmirlər toplantısında Dubay əmiri Məhəmməd ibn Rəşid əl Maktum vəliəhd şahzadənin xarici siyasətini sərt tənqid edib və “BƏƏ-yə bir raket düşərsə, bütün xarici sərmayəçilər ölkədən qaçar” sözlərini deyib. O bildirib ki, tez bir zamanda hücumçu və müdaxiləçi siyasətdən imtina edilməli və xərclənən milyonlarla dolların qarşılığı alınmalıdır.

    Muxalifet - 2-08-2019

  13. Bakıda Psixiatriya Xəstəxanasında OLAY: Ruhi xəstə qaçdı...

    Bakıda ruhi xəstə Psixiatriya Xəstəxanasından qaçıb.
    Muxalifet.az apa-ya istinadən məlumatına görə, şəhər sakini Elnarə Əliyeva Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ruhi xəstə olan oğlu, 2002-ci il təvəllüdlü Toğrul Dövlətov 2 gün əvvəl  müailicə aldığı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından hava almaq adı ilə çölə çıxıb və geri qayıtmayıb. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-08-2019

  14. Aeroport yolu çökdü - Foto

    İstanbul Hava limanında taksi yollarından biri çökərək qəzalı vəziyyətə düşüb.

    “Yeni Sabah” Türkiyə mediasına əsasən xəbər verir ki, bayram qabağı belə hadisənin baş verməsi vətəndaşların narazılığına səbəb olub. 

    Xatırladaq ki, İstanbul Hava limanı bu ilin aprel ayında istifadəyə verilib. Bu dünyanın ən böyük hava limanı hesab olunur.

    Muxalifet - 2-08-2019

  15. ​Bu rayonlar qazsız qaldı

    Bu gün paytaxtın Sabunçu və Yasamal rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılır.
    "Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

    Muxalifet - 2-08-2019

  16. Oliqarxları milyardları, onların keçmiş arvadları və “qoca qarı Şapoklyak” - DUBAY ŞEYXİNİ FƏRHAD ƏHMƏDOVA BƏNZƏDƏN NƏDİR…

    Rusiyanın APN.ru saytının məqaləsi, müəllif Andrey Lukyanov

    Muxalifet - 2-08-2019

  17. Rusiyada güllələnərək qətlə yetirilən Ruslanın nişan FOTOLARI

    Xəbər verdiyimiz kimi Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.
    BiG.AZ xəbər verir ki, güllələnərək öldürülən Ruslan Hüseynovun öldürülməzdən bir neçə ay öncə nişanı olubmuş. 
    Ruslan Hüseynovun nişanından fotolarını təqdim edirik:

    Muxalifet - 2-08-2019

  18. “Qara yara” xəstəliyinə qarşı peyvəndləmə aparılırmı? - RƏSMİ AÇIQLAMA

    Bu ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi təhlükəli xəstəliklər hesab olunan "qara yara" xəstəliyinə qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanda, 4 min 105 donuzda və 81 min 363 baş təkdırnaqlıda, 320 baş dəvədə profilaktik peyvəndləmə aparılıb.
    Muxalifet.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

    Muxalifet - 2-08-2019

  19. Bakıda İYRƏNC HADİSƏ: 62 yaşlı kişi azyaşlıya...

    Bakıda azyaşlı oğlanlara təcavüz edən seksual manyak saxlanılıb.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, payxatın Xətai rayonunda küçədə 10 yaşlı C.H.-yə seksual hərəkətlər edən 62 yaşlı kişi polis tərəfindən tutulub və şəxsiyyəti dəqiqləşdirilib.
    İstintaqda onun bənzər, yaxud digər cinayətlər törədib-törətmədiyi araşdırılır.

    Muxalifet - 2-08-2019

  20. Məhəmməd bin Salman qadınlara BOŞANMAQ AZADLIĞI VERDİ

    Səudiyyə Ərəbistanında son illərdə qadınlara verilən hüquqların sayı artmaqdadır. Krallığın yeni qərarın görə, 21 yaşı tamam olan qadınlar artıq pasport almaq üçün sərbəst şəkildə müraciət edə biləcəklər. Buna qədər isə qadınlar, yalnız kişilərin müşayiəti ilə pasport ala bilərdilər.

    Vəliəhd şahzadə Məhəmməd bin Salmanın idarəçiliyi altında bəyan edilən qərarlar bir çox mədəni və sosial sahədə cinsi bərabərlik gətirir.

    Yeni qərarlara görə qadınlara aşağıdakı hüquqlar verilir:

    Muxalifet4 - 2-08-2019

Pages