Axtarış
The search found 105783 results in 0.157 seconds.
Search results
Afaq Aslan Türkiyə mediasında - Video
Müğənni Afaq Aslanın ölkəmizdə böyük səs-küy yaradan fotosessiyaları indi də Türkiyə mətbuatında özünə yer tapıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı Türkiyə qəzetlərində “Azərbaycan gözəli İtaliyada keçiriləcək gözəllik yarışmasında ölkəni təmsil edəcək” xəbəri ilə gündəmə gəlib.
Qeyd edək ki, A.Aslan 2017-ci ildə Ukraynada kainat gözəli seçilmişdi.
Muxalifet - 2-08-2019
“Lotu Quli” adamını Yekaterinburqa göndərdi
İyulun ortalarında Rusiyanın Yekaterbinburq şəhərində yeni cinayətkar şəxs peyda olub – Sari Hacıyev. Yerli azərbaycanlılara-4-cü tərəvəz bazasındakı tacirlər və sadəcə diaspor üzvlərinə məlum olan qanqster Orta Uralın paytaxtına qayıdaraq himayəçisi “Lotu Quli”nin xeyrinə xərac toplama fəaliyyətinə başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Arqumenti i faktı” nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.Muxalifet - 2-08-2019
Paşinyan Xankəndinə gəlir, geniş nitq söyləyəcək HAMINI MEYDANA ÇAĞIRDI...
Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsindən elan edib ki, Dağlıq Qarabağa gəlir və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın işğal altındakı Azərbaycan ərazilərinə növbəti qanunsuz səfəri avqustun 5-də başlayacaq “ümumerməni Oyunları”nın açılış mərasimi ilə bağlıdır.
Muxalifet - 2-08-2019
Bilgəh çimərliyində İYRƏNC MƏNZƏRƏ - VİDEO
Ötən illərə nisbətən bu mövsüm Bakı və Abşeron çimərliklərində çirklənmə çoxdur. Muxalifet.az baku.ws-ə istinadən məlumat verir ki, Bilgəh sanatoriyasının qarşısında çimərliyə gələnlər ətrafı zibilləyiblər. Baxmayaraq ki, əraziyə zibil qutuları qoyulub, bura gələnlər əllərinə gələnləri hara gəldi atırlar.
Muxalifet - 2-08-2019
Qarabağda müharibə başlasa nələr olacaq? - MÜMKÜN SSENRAİLƏR
Amerikalı analitik, ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl Dağlıq Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edib. Muxalifet.az xəbər verir ki, P.Qobl bu barədə oxu.az-a danışıb. O bildirib ki, cəbhədə xırda insidentlər davam edəcək, lakin bu, əsas hücum anlamına gəlmir. Ekspert Qarabağda müharibə başlayacağı təqdirdə, baş verə biləcək mümkün ssenarilərdən də danışıb. O bildirib ki, Azərbaycan ilk zərbə endirə bilər, çünki əlində güclü qüvvə var: “Ancaq bu zaman Rusiya ortaya çıxacaq.
Muxalifet4 - 2-08-2019
Azərbaycanda həkim səhlənkarlığı: Tamponu qadının qarında qoyub, tikdi
Balakəndə səhlənkarlıqda təqsirləndirilən Nərgiz Bicilovanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Unikal.org xəbər verir ki, Ali Məhkəməsinin hakimi Fərhad Kərimov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Bicilova və zərərçəkmiş N.Məmmədovanın kassasiya şikayəti təmin edilməyib.
İtiiham aktına əsasən, N.Bicilova Balakən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloq vəzifəsində işləyərkən N.Məmmədovanı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edib.
Muxalifet - 2-08-2019
Rəqsanənin qızı EHTİRASLI rəqsindən DANIŞDI: Mən sponsor... - VİDEO
Rəqsanənin qızı Aysun İsmayılova "Hər şey daxil"də Bakının məşhur məkanlarından birində etdiyi ehtiraslı rəqsinə görə onu tənqid edənlərə cavab verib.
Aysun etdiyi rəqsə görə qınanılacaq bir şey görmədiyini bildirib.
Gənc ifaçı səbəbini belə izah edib:
"Mən sponsor axtarmıram. Mənim sponsora ehtiyacım yoxdur. Bugünkü gün toylara Dj gətirirlər. Hamı klub kimi edir, diskoteka edir. Hamı da belə oynayır. Mən düşünmürəm ki, müğənni yalnız konsertində belə oynaya bilər. Müğənni hansı səhnə olur olsun onu edə bilər. Çünki o müğənnidir".Muxalifet - 2-08-2019
İlham Əliyev Bakının bu probleminə şəxsən qarışmalı oldu - QARANLIQ KÜÇƏLƏRƏ GÖRƏ KİM CAVABDEHDİR...
Xəbər verildiyi kimi Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikası prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı tənqidi fikirlər söyləyib. Dövlət başçısı bu sahədə ciddi problemlərin olmasına diqqət çəkib, xüsusilə şəhər ətrafının işıqlandırılmadan kənarda qaldığını vurğulayıb.
Muxalifet - 2-08-2019
Arvadını namus üstündə öldürən məhkəmədə: “Ərəblərlə videoları vardı… “
Arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, R. Dadaşov arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyi üçün, başqa şəxslərlə görüşdüyü üçün dəmir parçası ilə qətlə yetirib.
Həmçinin ittihamda göstərilir ki, R. Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb.Muxalifet - 2-08-2019
Azərbaycanda saxta məktəbli forması problemi həll olunmayıb - RƏSMİ
Məktəblərin yay tətilinin bitməsinə 1,5 ay qalsa da, bəzi valideynlər məktəbli forması tədarükünə başlayıb. Övladlarının formalarını vaxtında təmin etmək istəyənlər üçün kifayət qədər paltar tikilirmi?
Muxalifet - 2-08-2019
İcra başçısının oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni direktor təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib.Muxalifet - 2-08-2019
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk mətbuat konfransını keçirdi
Avqustun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk mətbuat konfransı keçirilib.
Muxalifet4 - 2-08-2019
Arvadını başqa kişi ilə hoteldə yaxalayan kişi görün nə etdi - VİDEO
Sosial şəbəkədə daha bir xəyanət videosu yayılıb. BiG.AZ xəbər verir ki, hansı ölkədə baş verdiyi bəlli olmayan videoda həyat yoldaşını başqa kişi ilə hoteldə tutan ər əsəblərinə hakim ola bilməyib. Belə ki, o həyat yoldaşı ilə birgə oteldə tutduğu kişini döyüb, daha sonra isə əski parçası ilə silib. Həmin anları oxucularımıza təqdim edirik:
Muxalifet - 2-08-2019
"Sənədsiz evlərə görə kompensasiya verilməməlidir” - Deputatdan QALMAQALLI AÇIQLAMA
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı qanunsuz tikililərə görə dövlət tərəfindən kompensasiya verilməyəcəyi ilə məsələni şərh edib.
Muxalifet.az xəbər verir ki, deputat “oxu.az”a açıqlamasında deyib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kompensasiyanın verilməməsi ilə bağlı yanaşması tamamilə doğrudur.
Parlament üzvü hesab edir ki, qanunsuz tikililərə görə onların sahiblərinə kompensasiya ödənilməsi düzgün deyil. Lakin o, istisnaların da mövcud olduğunu deyib:Muxalifet - 2-08-2019
“Şah İsmayıla yeni və möhtəşəm abidə ucaldılmalıdır” – Sabiq deputat
“Söhbət ordenin ləğvi ətrafinda getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.
Muxalifet - 2-08-2019
TARİXDƏ İLK: UEFA Superkuboku matçının hakimi qadın olacaq
“Çelsi” və “Liverpul” arasında keçiriləcək UEFA Superkuboku matçını hakimi bəlli olub.
Həlledici qarşılaşmanı Fransa Futbol Federasiyasından Stefani Frappar idarə edəcək. Tarixdə ilk dəfə olaraq UEFA turnirində kişilərdən ibarət turnirin oyunu qadın hakimə həvalə olunub.
Qeyd edək ki, "Liverpul" Çempionlar liqasının, "Çelsi" isə UEFA Avropa liqasının sonuncu qalibidir.Muxalifet - 2-08-2019
“Yaponçik”in varisini xüsusi qəddarlıqla belə öldürdülər, boğazını kəsdilər - NÜFUZLU “VOR ZAKON”UN QƏTLİ - VİDEO
Nüfuzlu “vor zakon” Aleksey Petrov (“Petrik” və ya “Lenya Xitrıy” ) Ukraynada yaşadığı evin qarşısında xüsusi amansızlıqla öldürülüb. Virtualaz.org xəbər verir ki, “vor zakon”a divan tutulmasına dair kadrları yerli Strana.ua portalı yayıb.
Kadrlardan görünür ki, iki nəfər kriminal avtoriteti döyür, onlardan biri “Petrik”i bıçaqla vurur. Həmin şəxslər kriminal avtoriteti həyətdə dayanmış cipin arxasına çəkir, bir az sonra killerlər oradan çıxır. Onların əlləri və paltarı qan içindədir.
Muxalifet - 2-08-2019
Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!"
Paytaxtda dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli qaydada aparılır və kampaniya xarakteri daşımır.
Muxalifet - 2-08-2019
Nadirdən Rövşən Lənkəranski barədə paylaşım
Müğənni Nadir Qafarzadə “oğru dünyası”nın məşhur siması, mərhum Rövşən Lənkəranski (Rövşən Canıyev) barədə paylaşım edib. Axşam.az xəbər verir ki, o, Lənkəranskinin fotosunu bölüşərək şərh bölümünə “Toyunu oxuduqlarım həmişə yaxşı oğlanlar olur. Bu da yəqin ki, xoşbəxtliyimdir” deyə, yazıb. Sənətçi fotonun şərh bölməsini izləyiciləri üçün əvvəlcə məhdudlaşdırsa da, sonradan açıq qoyub.
Muxalifet - 2-08-2019
Osmanlıda təəccübləndirən qəribə qadağalar: Qadınlar sevgiləri ilə görüşməməsi üçün...
Osmanlı İmperatorluğu qurulmasından bəri 623 il boyunca fərqli dövrlərdən keçib və bu dövrlərdə öz imzasını qoyan 36 padşah tərəfindən idarə olunub. Osmanlı həm də qatı qanunlarla dünya tarixində yerini tutub.
1. Qadınlarla kişilərin birlikdə qayığa minmək qadağası
Muxalifet - 2-08-2019