Axtarış
The search found 105795 results in 0.034 seconds.
Search results
Azərbaycanda ilk dərs günündə faciə: Sinif otağının tavanı çökdü - FOTOLAR
Goranboyun Boluslu kəndində yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.
hadisə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağında baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Valideynlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir. Həmin məktəb 1967-ci ildə istifadəyə verilib.
Muxalifet - 16-09-2019
Sensasion RAZILAŞMA: Rusiya və Belarus birləşir – TƏFƏRRÜAT
Rusiya və Belarusun baş nazirləri Dmitri Medvedyev və Sergey Rumas “Birlik Dövlətinin yaradılması haqqında sazişin müddəalarını həyata keçirmək üçün Belarus və Rusiya Federasiyasının Fəaliyyət Proqramı” layihəsinə kiçik dəyişikliklərin edilməsi haqda razılaşıb. Bu barədə “Kommersant” Rusiya hökumətindəki mənbələrə istinadən yazıb. Sənəddə deyilir ki, Rusiya iqtisadiyyatı, demək olar ki, tamamilə idarəetmə səviyyəsində Belarus iqtisadiyyatı tərəfindən mənimsənilir. Layihə ödəmə sistemlərinin birliyini nəzərdə tutsa da, vahid valyutadan bəhs edilmir.
Muxalifet - 16-09-2019
MƏŞHURLARIN bu gün birinci sinifə gedən UŞAQLARI - Görün kimlər var - FOTO
Ölkəmizdə "Bilik günü" qeyd edilir.
Milli.Az xəbər verir ki, bu gün bir çox yerli məşhurların övladları yeni tədris ilində birinci sinifə qədəm qoyublar.
Onlardan bəzilərini sizə təqdim edirik:
1. Yaşar Yusubun oğlu Abdulvahid
Muxalifet - 16-09-2019
Əli Həsənov yenidən Türkiyə mətbuatının gündəmində - FOTO
Xəbər verdiyimiz kimi Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəza zamanı əlil vəziyyətinə düşmüş Türkiyə vətəndaşı Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş son günlər mediaya çıxaraq, aldadıqlarını bəyan edir. Onların iddiasına görə, qəzadan sonra Əli Həsənov onlara müraciət edərək, şikayətçi olmayacaqları təqdirdə maddi və mənəvi dəstək göstəriləcəyini desə də bu baş verməyib. Dünən isə bu türk ailəsinin fikirlərini qardaş ölkənin “Yeni Akıt” qəzeti yazıb.
Muxalifet4 - 16-09-2019
QALMAQAL! - Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər yeyib?
Şikayətçilər: "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyəti şahid ailələrinə mənzillərin tikintisi zamanı korrupsiyaya yol verib"
2017-ci ildə Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikintisi zamanı korrupsiya hallarına yol verilib.Bu barədə bir neçə gün öncə iş icraçısı Əzizxan Əzizov məlumat vermişdi.
O bildirmişdi ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikib. Mənzillərin tikintisinə və ustalara xərci şəxsi vəsaitləri hesabına ödəmək məcburiyyətində qalıb.Muxalifet4 - 16-09-2019
Nigar Camalla Oksana Rəsulova elə rəqs etdilər ki... - VİDEO
Nigar Camal özünə təmtəraqlı doğum günü şənliyi keçirib. Publika.az xəbər verir ki, “Eurovision 2011” qalibimizin bir neçə gün əvvəl 39 yaşı tamam olub. O, bu münasibətlə sənət dostlarını başına yığıb. Ulduzun doğum günündə aktrisa Oksana Rəsulova, aparıcı Afaq Gəncəli, Ranar Musayev və başqaları iştirak edib. Doğum günü Oksana Rəsulova ilə Nigar Camalın hind rəqsi ilə əlamətdar olub.
Muxalifet - 16-09-2019
Gürcüstan prezidentinin oğlu Yelisey sarayında işlə təmin olunub
Gürcüstan prezidenti Salome Zurabişvilini oğlu Fransa vətəndaşı, diplomatı Teymuraz Gürcüstani Yelisey sarayında diplomatik bölmədə işə başlayıb. “Report” xəbər verir ki, məlumatı “Sputnik Qruziya” yayıb. Bildirilib ki, Gürcüstani anasının yolu ilə gedərək diplomat olub. O, son illər Fransanın BMT-də yanındakı nümayəndəliyində işləyib. Yelisey sarayında Teymuraz Gürcüstani Asiya, Şimali və Latın Amerikası məsələləri üzrə çalışacaq. O, Salome Zurabaşvilinin birinci, İran əsilli gürcü ərindən olan oğludur. Gürcüstan prezidentinin qızı Ketevan isə Fransada jurnalistika ilə məşğuldur.
Muxalifet - 16-09-2019
“Sosial şəbəkələrdə hamı bir-biri ilə sevişir” – DEPUTATDAN ŞOK AÇIQLAMA
"Boşanmaların artmasında çoxsaylı səbəblər var. Boşanmaya səbəb bir deyil, iki deyil. Uşaqlar valideynlərin məsləhəti ilə evlənirlər, sonradan xasiyyətləri uyğun gəlmir və boşanırlar. Bəzən də görürsən ki, xanım və bəy bir-birləri ilə çox yaxşı yola gedirlər, ancaq valideynlər ən mədəni şəkildə ifadə etsək, onların işinə burunlarını soxurlar, uşaqları bir-birindən ayırırlar. Bundan başqa ailədə bir çox hallarda maliyyə sıxıntısı da boşanmalara səbəb kimigöstərilir. Dediyim kimi buna yüzlərlə səbəbi örnək göstərə bilərik”.
Muxalifet - 16-09-2019
Azərbaycanda bu telekanalın adı dəyişdi
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan üç telekanalın loqosu, o cümlədən birinin adı dəyişib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.Muxalifet - 16-09-2019
İsraildən SENSASİON XƏBƏRDARLIQ: Oranı işğal edəcəyik
İsrailin Baş naziri Binyamin Netanyahu işğal altındakı Qərbi Şəriədə qeyri-qanuni salınmış Əl-Xəlil yəhudi qəsəbələrini İsrailə birləşdirəcəyini vəd edib.
Baş nazir bu barədə İsrail radiosuna verdiyi müsahibədə danışıb.
Onun bu açıqlamanı seçkilərdən əvvəl iqtidar tərəfdarlarının səsini qazanmaq məqsədilə verməsi kimi şərh olunur.
Qeyd edək ki, Netanyahu sentyabrın 4-də ƏL-Xəlilə səfər etmiş və oradakı çıxışında heç kimi qəsəbədən çıxarmayacağını demişdi.
Muxalifet - 16-09-2019
Qardaş hamama girib bacısını... – Azərbaycanda DƏHŞƏTLİ cinayət
Cəlilabad rayonunda namus üstündə bacısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Hikmət Sadıqovun məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Hikmət Sadıqov bu ilin yanvarın 2-də, saat 20 radələrində yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən evə gəlib. O, həmin evdə birlikdə yaşadığı, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Arzu Cəfərovanın evin həyətində yerləşən hamam otağında sakit səslə mobil telefon vasitəsi ilə gizli danışmasına şahid olub.
Muxalifet - 16-09-2019
Vilayət Eyvazov onu rəis müavini TƏYİN ETDİ
Daxili İşlər orqanlarında yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Fəxri Aslanov Göyçay rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin olunub.
Xəbəri Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Unikal.org-a təsdiqləyiblər.
Muxalifet - 16-09-2019
Məmur qadın Azərbaycanda “şokalad vannasından” şəkil paylaşdı, qalmaqal qopdu - QUBERNATOR İŞDƏN ÇIXARMAQ TAPŞIRIĞI VERDİ...
Rusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, “şokalad vannasından” sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.
Virtualaz.org xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.
Muxalifet - 16-09-2019
Çingiz Abdullayev yaratdığı qəhramana Bakıda heykəl qoyulmasını istədi
"Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun".
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu təkliflə oxucuların suallarını cavablandıran Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.
Onun sözlərinə görə, dünyanın iki şəhərində Dronqo adında restoran var: "Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub".
Muxalifet - 16-09-2019
“Qızların Liderlik Akademiyası” adlı layihə həyata keçirildi – FOTOLAR
13-15 Sentyabr 2019-cu il tarixlərində Bakı şəhərində Respublikanın dörd bir yanından seçilmiş,gələcəkdə lider olmağa namizəd 50 gənc qızın iştirakı ilə “Qızların Liderlik Akademiyası” adlı layihə həyata keçirildi.
Muxalifet4 - 16-09-2019
Dünya böyük fəlakətlə QARŞI-QARŞIYA: hər an partlada bilərlər
Yəməndə fəaliyyət göstərən Husilər terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.
Daha əvvəl “Amarco” neft email zavodunu partladan İran dəstəkli terrorçular yenidən hücum edə biləcəklərini açıqlayıb.
“Səudiyyə Ərəbistanının neft təsisi “Amarco”da yerləşən şirkətləri və xariciləri xəbərdar edirik: hər an yenidən hücum edə bilərik”,- təşkilatdan verilən açıqlamada deyilir.
Muxalifet - 16-09-2019
"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması hamının marağına səbəb olub. "Ölkə.Az" xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub.
Muxalifet - 16-09-2019
“ÖLKƏDƏ CİDDİ DƏYİŞİKLİK AB-HAVASI VAR…” – “Parlament seçkiləri gözlənilir”
Muxalifet.az bildirir ki, azpolitika.info son dövrlər hakimiyyət daxilində baş verən proseslər, iqtidar və müxalifəti təmsil edən bəzi siyasi partiyaların birgə dəyirmi masa təşkil etməsi, bunun səbəb və nəticələri mövzusunda sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə söhbətləşib.
Muxalifet - 16-09-2019
Vaqif Əsədovdan AÇIQLAMA: “Manatlıq taksi”lər...
Paytaxtda “manatlıq taksi”lərin sürücülərindən narazılıqlar artmaqdadır
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Muxalifet - 16-09-2019
İncəsənət Universitetində ŞOK: 30-dan çox müəllim qovuldu - ADLAR
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən müəllimlər kütləvi şəkildə işdən azad edilir.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, müəllimlər incidilərək, öz ərizələri ilə universitetdən getməyə məcbur edilib. İşdən çıxarılanların siyahısını təqdim edirik:
Muxalifet - 16-09-2019