Axtarış
The search found 105859 results in 0.017 seconds.
Search results
Türkiyədə Azərbaycan vətəndaşı öldürülüb – ŞƏKƏR KOMASINA DÜŞDÜYÜ DEYİLİRDİ...
Türkiyənin Oltu şəhərində baş verən cinayət hadsəsinin üstü açılıb. Hadisə cümə günü səhər saatlarında R.H. adlı Azərbaycan vətəndaşının şəkər komasına girdiyi zənn edilərək "112" təcili yardıma xəbər verilməsindən sonra ortaya çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, təcili yardım maşını ilə xəstəxanaya aparılan R.H adlı Azərbaycan vətəndaşı ilk tibbi yardımdan sonra komada qaldığı üçün Ərzuruma göndərilib. Yaralı şəxs bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Muxalifet4 - 16-12-2018
15 minlik ordu hazır vəziyyətə gətirildi - Türkiyə HÜCUM EDƏRSƏ...
Azad Suriya Ordusunun da tərkibinə daxil olduğu Suriya Milli Ordusu Türkiyənin Fərat çayının şərqində terrorçulara qarşı əməliyyat keçirəcəyi təqdirdə dəstək verməyə hazır olduqlarını açıqlayıb.
“Habertürk” xəbər verir ki, açıqlamada 15 min əsgərin hazır olduğu bildirilib.
Ordunun sözçüsü Yusif Hamud deyib ki, əməliyyatın dəqiq vaxtı bilinməsə də, əsas cəbhələr Mümbiç, Təl Abyad və Rəsulayn olacaq.
Muxalifet4 - 16-12-2018
Sabah Bakıda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Dekabrın 17-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.
Muxalifet4 - 16-12-2018
Məşhur futbolçunun atası tribunada öldü - OĞLUNUN OYNUNA BAXIRDI
“Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası oğlunun oyununa baxarkən tribunada dünyasını dəyişib.
Trend-in məlumatına görə, Mixael Gentner dünən “Herta” ilə matçın gedişində anidən yıxılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm səbəbi hələ ki məlum deyil.
Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq Gentnerə başsağlığı verib.
Muxalifet4 - 16-12-2018
Ərdoğandan “Afrin qəhrəmanı”na yeni tapşırıq
Türkiyə Silahlı Qüvvələri PKK/YPG terror qruplaşmasına qarşı Suriyanın şimalında genişmiqyaslı əməliyyata hazırlaşır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qruplaşmanın bölgədəki varlığına tam olaraq son qoymaq üçün təşkil olunacaq əməliyyatlara İsmayıl Mətin Təməl Paşa rəhbərlik edəcək.
Xatırladaq ki, İsmayıl Mətin Təməl Paşa Afrindəki “Zeytun budağı” əməliyyatına da rəhbərlik edib.
Muxalifet4 - 16-12-2018
ABŞ koalisiyası dinc sakinləri bombaladı: 17 ölü
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Hacin qəsəbəsinin yaxınlığındakı kəndi bombardman edib.
Muxalifet.az xəbər verir ki, hücum zamanı 17 mülki şəxsin həlak olduğu deyilib.
Qeyd edək ki, İŞİD-in nəzarətində olmuş ən böyük yaşayış massivi Hacin dünən DSQ tərəfindən ələ keçirilib.
Muxalifet3 - 16-12-2018
FHN 3 balıqçını ölümdən xilas etdi
Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib.
Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) 3 nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmisi qeyd olunan əraziyə cəlb olunub.
Muxalifet3 - 16-12-2018
İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:42-də baş verib.
Zəlzələnin episentri Abepur şəhərindən 162 km cənubda, ocağı isə 80 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Muxalifet3 - 16-12-2018
ŞOK: Ramil Usubov yüksək vəzifəli bu şəxsi işdən çıxardı - VİDEO
Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Onun yerinə hələlik təyinat olmayıb. Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.(Report)
Muxalifet3 - 16-12-2018
ABŞ-ın ən müasir qırıcısının qiyməti açıqlandı
F-15C/D və F-22-ləri əvəz edəcək yeni ABŞ qırıcısının qiyməti 300 milyon dollar olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Nəşr bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrini təmin etmək üçün bu maşınlardan 414 ədəd lazımdır.
İlk təyyarənin isə 2030-cu ildə silahlanmaya qəbul ediləcəyi bildirilib.
Yeni nəsil qırıcılar F-22-yə nisbətən daha uzaq məsafələrə uçacaq, eləcə də təkmilləşdirilmiş gizlənmə sistemi ilə təchiz olunacaq.
Muxalifet3 - 16-12-2018
Gürcüstanda qapalı görüş: Əliyev və Ərdoğan...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay Gürcüstanda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb.
Mətbuata qapalı şəraitdə keçən görüşdə R.T.Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı münasibətlərin iki ölkənin əlaqələrini daha da möhkəmləndirdiyi vurğulanıb.
Qeyd edək ki, rəsmilər Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak etmək üçün bu ölkəyə səfər ediblər.
Muxalifet3 - 16-12-2018
Uzaq qitədə zəlzələ - 5,6 bal
Avstraliyanın Qərbi Avstraliya ştatında 5,6 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə müəyyən edilib.
Dağıntı, tələfat və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.
Muxalifet3 - 16-12-2018
Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda hava şəraitinin kəskin dəyişəcəyi qeyd edilib:
“Dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var”
Muxalifet3 - 16-12-2018
Qorxunc səslərin gəldiyi ən qəribə məkan - Foto.
Cin məclisi adlı arxeoloji mağara Oman Sultanlığının şimal-şərq bölgəsində, Kiryat vilayətinin Fins kəndi yaxınlığında, Hacar dağ massivinə mənsub olan Bani Caber yüksəkliyi, Salmah yaylası ərazisində yerləşir.
Muxalifet.az-ın məlumatına görə, 1938-ci ildə su araşdırmaları zamanı kəşf edilən Cin məclisi, dünyada ən geniş iç qübbəyə malik yeganə mağaradır. Mağaraya giriş sadəcə, tavandan mümkündür. Mağaranın toplam 3 girişi var. Girişlərin hər birindən mağaraya enmək üçün 200 metrlik iplərdən istifadə olunur.Muxalifet3 - 16-12-2018
Gürcü müxalifəti yenidən ayağa qalxdı
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər.
Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.
Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.Muxalifet3 - 16-12-2018
General ehtiyatsızlıqdan özünü güllələdi - Bədbəxt olay
İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzdindəki “Seman Əlaimə” Qərargahında xidmətdə olan briqada generalı Qüdrətullah Mənsuri xidməti silahını təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb və o, başından aldığı güllə yarasından həyatını itirib.
Muxalifet.az xəbər verir ki, həyatını itirən general sabah səhər saatlarında Məşhəddə dəfn ediləcək.
Mənsurinin ölümü ilə bağlı İran Ali dini lideri Əli Xamanei də başsağlığı bəyanatı verib.
Muxalifet3 - 16-12-2018
Bakıda sürücü özünə və polisə yanıq xəsarəti yetirdi
Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov report -a açıqlamasında məlumatı təsdiqləyib.Muxalifet3 - 16-12-2018
Aksiya iştirakçıları Barselonada soyundular
Barselonada heyvansevərlər etiraz aksiyası keçiriblər.
Muxalifet.az xəbər verir ki, aksiyada dəri və xəzlərin geyim istehsalında istifadəsinə etiraz olunub.
Aksiyada iştirak edən 30 nəfər soyunaraq üzərinə qanı sivmolizə edən qırmızı boya töküblər və mərkəzi meydanda uzanıblar.
Muxalifet3 - 16-12-2018
Kolin Kroll evində ölü tapıldı
Tvitterin 2013-cü ildə istifadə verdiyi Vayn tətbiqinin yaradıcılarından Kolin Kroll Nyu Yorkdakı evində ölü tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ polisi məlumat yayıb.
Onun yüksək miqdarda narkotik qəbul etdiyi üçün öldüyü ehtimal edilir.
Muxalifet3 - 16-12-2018
"Qalatasaray"ın mağazasına hücum: yaralananlar var
Türkiyənin "Trabzonspor" klubunun azarkeşləri "Qalatasaray"ın mağazasına hücum ediblər.
Muxalifet.az xəbər verir ki, azarkeşlər əllərindəki yad cisimləri mağazaya, burada çalışan işçilərə atıblar. Bundan sonra işçilər mağazanı bağlayıblar.
"Trabzonspor" azarkeşləri Gəzi Parkında da gərginliyə səbəb olublar. Olaylara müdaxilə edən iki polis ağır yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Azarkeşlərdən bir neçəsi isə həbs edilib.
Muxalifet3 - 16-12-2018